/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

«Oskar» etirazlara səbəb oldu

Şriftin ölçüsü:  11px13px15px17px

«Oskar» mükafatı ətrafında yenə qalmaqal yaşanır. ABŞ əhalisi mükafatda diskriminasiya hallarının olmasına etirazını bildirib. Onlar sosial şəbəkələrdə mükafatla bağlı aksiya keçiriblər.
Minlərlə amerikalı «#Oskar sou uayt» həştəgini öz internet səhifəsinə yerləşdirib. Bununla vətəndaşlar bu ilki Oskara namizədlərin arasında afroamerikalıların olmamasına etiraz ediblər. 88-ci mükafatlandırma mərasiminə cəmi bir neçə gün qalıb. Abş cəmiyyətində isə mübahisələr artır. Bir neçə məşhur mərasimi baykot etməyə çağırıb. Tannımış rejisor Spayk Li və bir sıra aktyorlar mərasimə gəlməkdən imtina ediblər. Onların arasında Maykl Mur, Uil Smit, Snup Doq və Cada Pinket-Smit kimi məşhurların adları var.
Bu yaxınlarda aparılan araşdırmalar da göstərir ki, Holivudda etnik, cinsi və digər problemlər yaşanır. Alimlər 414 film, verliş və serialı analiz ediblər. Onların 20%-də afroamerikalılar iştirak etməyiblər. Film və verlişlərin 50 faizində isə asiyalılar çəkilməyib. Bununla yanaşı bütün personajların cəmi 1/3 hissəsi qadın olub.
Xatırladaq ki, ötən il də «Oskar»-ın mükafatlandırma mərasimi insidetsiz ötüşməyib. Ən yaxşı ikinci plan roluna görə mükafat alan Patrisiya Arket Holivudda kişi və qadanların maaşlarının fərqli olmasına etirazını bildirib. Bu il mərasimin aparıcısı olacaq Kris Rok öz çıxışında Hölivudun poblemlərinə toxunacağına söz verib.
Amerika Kinoakademiyasının prezidenti Şeril Bun İsaak rəsmi saytında yerləşdirdiyi bəyanatda bildirib ki, namizədlərin seçilməsində diskriminasiya halları var. O, 2020-ci ilə kimi bu halların azaldılacağına söz verib.

13:00 / 24.02.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 13
Bu gün: 9203
Bu ay: 158944
Ümumi: 14293305
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın