/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

16 İŞİD rəsmisi öldürüldü

Şriftin ölçüsü:  11px13px15px17px

İŞİD - ə qarşı birləşən dövlətlərin hava hücumları nəticəsində 16 yaraqlı məhv edilib. Bununla yanaşı İŞİD terror qruplaşması İraqın paytaxtında silsilə partlayışlar törədib. Mərkəzi kəşfiyyat idarəsi isə terror qruplaşmasının ABŞ da partlayışlar törədə biləcəyi haqda xəbərdarlıq edib.
Koalisiya qüvvələrinin İraqın Ramadi şəhərinə endirdiyi hava zərbələri nəticəsində İŞİD-in 16 məsul şəxsi öldürülüb. Bu barədə iraq ordusundan bildirilib. Xəbərə görə, İŞİD rəhbərlərinin toplantı keçirdiyi barədə kəşfiyyat məlumatı daxil olub. İraq ordusu və koalisiya qüvvələri toplantının keçirildiyi binanı bombalayıb. Nəticədə İŞİD terror qruplaşmasının rəhbərlərindən Ziya Adil Xəlil Əl-Akavi və onun 15 köməkçisi məhv edilib. Suriyada İŞİD-in təlimçi-Cəlladının məhv edildiyi barədə xəbər yayılıb. Britaniya xüsusi təyinatlı qüvvələrinin snayperi 1200 metr məsafədən açdığı atəşlə terror qruplaşmasının bölgə üzrə “baş cəlladı”nı təlim keçdiyi yerdə vurub.
İraqın paytaxtı Bağdadda isə terror aktı törədilib. Şəhərin bir neçə yerində silsilə partlayışlar nəticəsində 5 dinc sakin ölüb, 15 - i yaralanıb. Bağdad küçələrindən birində isə odlu silahla qətlə yetirilən 1 qadın və 1 kişi meyiti tapılıb.
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan isə bildirib ki, terrorçular ABŞ-a hücum təşkil edə bilərlər. Brennan, həmçinin qeyd edib ki, terrorçular bu kimi əməllərlə Qərb və müsəlman dünyası arasında münaqişə yaratmaq istəyirlər.

13:00 / 15.02.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 1071
Bu ay: 307749
Ümumi: 13797365
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın