/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Suriyada döyüşlər davam edir

Şriftin ölçüsü:  11px13px15px17px

Suriyada atəşkəsə dair razılaşmanın əldə edilməsinə baxmayaraq, ölkədə döyüşlər davam edir. Prezident Bəşər Əsəd isə Suriyanın bütün ərazisinə nəzərəti qaytarmaq niyyətində olduğunu bəyan edib. Münhendə atəşkəsin elan edilməsinə dair razılığın əldə edilməsindən bir neçə saat sonra Suriyanın Sakba şəhəri atəşə tutulub. Məlumata görə, şəhərdə çoxlu sayda yaralanan var.
«Bəşər Əsəd rejimi tərəfindən atəşkəsin pozulması Suriyaya quru qoşunların yeridilməsi ilə nəticələnə bilər». ABŞ-ın dövlət katibi Con Kerri belə bəyanatla çıxış edib. Qeyd edib ki, prezident Bəşər Əsədin hərəkətlərının arxasında Rusiya və İran dayanır. Qeyd edək ki, Səudiyyə Ərbistanı Suriyaya quru qoşunların göndərilməsinə hazır olduğunu artıq bir neçə dəfə bildirib.
Suriya prezidenti Bəşər Əsəd isə bəyan edib ki, bütün ölkə ərazisində nəzərəti bərpa etmək niyyətindədir. Lakin o, bunun üçün çox vaxt lazım olldunu vurğulayıb. Buna səbəb kimi isə qərb ölkələrinin Suriyada apardığı əməliyyatları göstərib. O, həmçinin qeyd edib ki, Suriya münaqişəsinin həllinə dair danışıqları və atəşkəs rejiminin elan edilməsini dəstəkliyir. Rusiya höküməti bəyan edib ki, atəşkəs rejimi terrorçulara qarşı aparılan əməliyyatlara təsir etmir.

13:00 / 13.02.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 798
Bu ay: 362529
Ümumi: 13186827
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın