/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Putin limuzinini satır

Şriftin ölçüsü:  11px13px15px17px

2012-ci ildə məxsusi olaraq Rusiya prezidenti Vladimir Putin üçün hazırlanan limuzin satışa çıxarılıb. Maşını almaq istəyən 1,2 milyon dollar ödəməli olacaq. Avtomobilin satılması barədə müvafiq elan nadir kolleksiya avtomobillərinin satışı ilə məşğul olan saytda dərc olunub. Putinin istifadə etdiyi "Zil- 4112r" limuzinin yürüşü 143 min kilometrdir. Maşın elektrik şüşəqaldırıcı, bar, soyuducu, monitor və iqlimə nəzarət sistemi ilə təchiz olunub. Avtomobilin mühərriki injektorla çalışır, təkərləri 18 düym təşkil edir. 3,5 ton çəkiyə malik maşın gülləkeçirməzdir. Qeyd edək ki, 2012-ci ilin dekabr ayında "İzvestiya" qəzeti Rusiya prezidenti Vladimir Putinin ilk şəxslər üçün nəzərdə tutulan "Zil- 4112r" limuzini yararsız hesab edib. Nəşrin məlumatına görə, dövlət başçısı maşını yoxladıqdan sonra orada bir sıra nöqsanlar tapıb. Lakin sonradan Kremlin mətbuat xidməti bu məlumatı təkzib edib. Yaxın zamanlarda Vladimir Putin üçün nəzərdə tutulan yeni limuzinin hazırlanması yekunlaşır. Rusların dünyanın ən etibarlı limuzini adlandırdığı avtomobil 800 at gücündə mühərriklə 6 ton çəkiyə malik olacaq. Limuzinin xarici görünüşü isə “Rolls Royce”a bənzəyəcək. Layihə üçün ilkin olaraq 50 milyon rubl maliyyə müəyyən edilib. 2018-ci ildə istehsal ediləcək limuzinin ilk buraxılışı Rusiya prezidenti Vladimir Putin üçün sifariş edilib.

09:00 / 11.02.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 217
Bu ay: 361948
Ümumi: 13186246
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın