/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Dəməşqdə terror aktı törədilib

Şriftin ölçüsü:  11px13px15px17px

Suriyanın paytaxtı Dəməşqdə terror aktı törədilib. Partlayışda 4 nəfər ödüb, 14-ü isə yaralanıb. Terrorçu minalanmış avtomobillə polis idarəsinin ərazisinə keçməyə çalışıb. Mühafizəçilər maşını nəzarət-buraxılış məntəqəsində saxladıqda terrorçu-kamekadze partlayıcı qurğunu işə salıb. «Rusiyanın Suriyada bombaladığı 6 min obyektin hər biri haqda əlimizdə məlumatlar var. Bunların hamısı dinc sakinlərin yaşadığı ərazilərdir..» Türkiyənin baş naziri Əhməd Davutoğlu Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının toplantısındakı çıxışı zamanı belə deyib. Suriya müxalifəti isə Cenevrə danışıqlarının bərpasından yenidən imtina edib. Müxaliyət nümayəndələri bildiriblər ki, danışıqların bərpası üçün Rusiya Suriyaya hava zərbələrini dayandırmalıdır. Müxəlifət həmçinin humanitar yardımın çatdırılması üçün şəraitin yaradılmasını tələb edib. Bu arada Suriya ordusu Hələb şəhərindən şimalda yerləşən və terrorçuların bu ərazidə sonuncu mövqeyi olan Tel-Rifaat yaşayış məntəqəsinə yaxınlaşıb. Ordu digər ərazilərdə də müvəffəqiyyət qazanır. Artileriya Tel-Rifaatın ətrafına zərbələr endirməyə başlayıb. Yaxınlıqda yerləşən Retyan şəhərində də döyüşlər gedir. Məlumata görə, ordu bu yaşayış məntəqələrini ələ keçirə bilsə, stratejı baxımdan əhəmiyytli olan Aazaz şəhərinə gedən yol açılacaq. Son günlər 4 şəhər terrorçulardan azad olunub. Ordu Latakiyada da uğurlar əldə edib və Kensaba qəsəbəsini mühasirəyə alıb.

19:00 / 09.02.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 208
Bu ay: 361939
Ümumi: 13186237
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın