/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

İslam koalisiyası İŞİDƏ qarşı əməliyyatlara hazırlaşır

Şriftin ölçüsü:  11px13px15px17px

İslam koalisiyası Suriyada əməliyyatlar üçün 150 min qoşun səfərbər edir. İŞİD terror qruplaşmasına qarşı döyüşmək məqsədilə Suriyaya Səudiyyə Ərəbistanı, Mərakeş, Küveyt, Bəhreyn, BƏƏ və qətər hərbiçiləri göndəriləcək.
Hərbi əməliyyatda iştirak etmək üçün Malayziya, sonradan isə İndoneziya və Bruney hərbiçilərinin də Suriyaya göndəriləcəyi gözlənilir. Artıq Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin nümayəndəsi ölkəsinin əsas əməliyyatda iştirak etmək üçün hazır olduğunu açıqlayıb.
Britaniyanın “Guardian” qəzetinin yazdığına görə, İŞİD terror qruplaşmasına qarşı hərbi əməliyyatları Səudiyyə Ərəbistanı Türkiyə ilə birgə keçirə bilər. Nəşr qeyd edir ki, rəsmi Ər-Riyad və Ankara Bəşər Əsəd rejimini dəstəkləmir və Suriyada böhranın siyasi yolla nizama salına biləcəyinə inanmır. Daha əvvəl ABŞ-ın müdafiə naziri Eşton Karter də Səudiyyə Ərəbistanının Suriyada quru əməliyyata başlamaq təşəbbüsünü müzakirə etməyə hazır olduğunu bildirib.
Bu arada İraq ordusu Mosul şəhərini İŞİD qruplaşmasından geri almaq üçün əraziyə minlərlə hərbçi yerləşdirir. Hərbçilərə koalisiya qüvvələrinin təlim keçdiüyi barədə məlumat var. İŞİD İraqın ikinci böyük şəhəri olan Mosulu 2014-cü ilin iyununda tutub. İraq ordusu bir neçə dəfə Mosulu almağa çalışsa da, uğursuzluğa düçar olub. ABŞ-ın rəhbərlik etdiyi koalisiyadan isə bildirilir ki, Mosulun azad olunması üzrə əməliyyatdan danışmaq hələ tezdir

13:00 / 09.02.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 14892
Bu ay: 352402
Ümumi: 13176700
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın