/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Avropa dövlətlərinin fikir ayrılığı dərinləşir

Şriftin ölçüsü:  11px13px15px17px

İngiltərə Avropa İttifaqından yeni imtiyazlar tələb edir. Lakin, birlik daxilində bütün dövlətlər buna birmənalı münasibət göstərmir. Bu isə Avropa İttifaqının gələcəyi ilə bağlı ciddi suallar ortaya qoyur. Keçən il seçki kampaniyasında İngiltərə mühafizəkarlarının lideri Devid Kemeron partiyasının təkbaşına hakimiyyətə gələcəyi halda Böyük Britaniyanın Avropa birliyində qalması üçün ittifaq qarşısında yeni tələblər qoyacağına söz vermişdi. 2017-ci ilin sonlarında isə Birləşmiş Krallığın İttifaqda qalıb-qalmaması referenduma çıxarılacaq. Bu çərçivədə Avropa İttifaqının prezidenti Donald Tuskla Devid Kemeron arasında keçirilən görüşün nəticəsi kimi İngiltərənin birlik daxilində gələcək taleyini müəyyənləşdirəcək qanun layihəsi hazırlanıb. Fevralın 18-i 19-da vahid Avropa dövlətləri liderlərinin zirvə görüşündə səsə qoyulmazdan əvvəl London və Brüsseldə layihənin müzakirəsi aparılacaq. Ancaq görünür, buradakı bir çox bəndlər hər iki tərəfi qane etməyib. İngiltərə mühafizəkarları hesab edir ki, seçkilərdən əvvəl krallığa daha geniş səlahiyyətlər veriləcəyi vəd olunmuşdu. Buna görə də referenduma yox deyəcəklər. Digər bir bənddə isə bildirilir ki, İngiltərə Avropa dövlətlərindən gələn işçi miqrantları 4 il ərzində bütün sosial yardımlardan məhrum edir. Belə bir qərarın qəbulu isə çox işçinin getdiyi Mərkəzi Avropa dövlətlərinin narazılığına və onlar üçün ağır nəticələrə səbəb ola bilər. Çünki, belədə İngiltərəyə can atan miqrantların sayı heçə enəcək ki, bu da maliyyə yükünün əsasən Mərkəzi Avropa ölkələrinin üzərinə düşməsi deməkdir. Ancaq İngiltərənin razı qalmayacağı daha çox məsələ var ki, bunlardan ilki siyasi inteqrasiyadır. Rəsmi London özünün mühafizəkar dövlət quruluşunu qoruyaraq vahid Avropa modelinə qoşulmaq istəmir. Ancaq demək olar ki, bu tendensiya son dövrlərdə bir çox ittifaq dövlətlərində nəzərə çarpır. Polşada keçən il baş tutmuş seçkilərdə mərkəzçi hüquq və ədalət partiyasının hakimiyyətə gəlməsiylə bu ölkənin Brüsselə qarşı siyasətində kəskin dəyişiklik yaradıb. Buna cavab olaraq Avropa Komissiyası polşanı təməl insan hüquqlarını təhlükə altında qoyan qanun layihələrini qəbul etdiyini səbəb göstərərək bu ölkəyə qarşı sanksiyalar təklifi irəli sürdü. Danışıqlar göstərdi ki, Avropa daxilində polşa məsələsində də ciddi fikir ixtilafı mövcuddur. Ümumiyyətlə son dövrlərdə qərarların icrasında ortaq hərəkət prinsipinin Brüsselin nəzarətindən çıxdığı görünür. Hazırda Mərkəzi Avropada İttifaq əleyhinə Polşa-Macarıstan birliyinin formalaşdığı müşahidə olunur. Bu da gələcəkdə ümumi qərarların qəbulunda dövlətlərin öz maraqlarından çıxış edəcəyinə ciddi siqnaldır. Bunun ilk əlamətləri Rusiyaya qarşı sanksiyaların tətbiqinə bəzi dövlətlərin qarşı çıxmasında özünü göstərdi. Rusiyameyilli siyasətləri ilə daha çox Şərqi Avropadakı İttifaq əleyhdarları və sağçılar seçilirlər. Həmçinin Fransada Xalq Cəbhəsi, Avstriyada Azadlıq Partiyası, Bolqarıstanda isə Ataka siyasi blokunun Rusiya tərəfindən maliyyələşdirildiyi və onların ittifaq daxilində Moskvanı dəstəklədikləri deyilir. Birliyin digər problemi isə, miqrant axınının nəticəsi olaraq bir çox dövlətin öz sərhədlərinə nəzarət məntəqələri qoyması ilə ortaya çıxdı. Bununla da şengen zonasının əsas prinsipi olan sərbəst hərəkət azadlığına məhdudiyyətlər gətirildi. Baş verən proseslər də göstərir ki, yaxın gələcəkdə Brüsselin bu problemlərin öhdəsindən gələcəyi inandırıcı deyil. Hələlik, ən böyük qeyri-müəyyənlik baş verə biləcək parçalanmanın Avropa üçün nə dərəcədə faciəvi nəticələr yaradacağıyla.

19:00 / 04.02.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 21967
Bu ay: 464810
Ümumi: 13289108
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın