/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Suriya münaqişəsi müzakirə edilir

Şriftin ölçüsü:  11px13px15px17px

Londonda «Suriyaya və regiona dəstək» adlı konfrans işə başlayıb. Konfransda çıxış edən BMT-nın baş katibi Pan Qi Mun, münaqişənin uzanmasından narahatlıq ifadə edib. Suriya münaqişəsinin həlli yalnız ölkədə yeni liderin seçilməsindən sonra mümkündür. Bu fikri Böyük Britaniyanın baş naziri Devid Kemeron konfransındaki çıxışı zaman səsləndirib. Böyük Britaniya Suriyaya əlavə 1,2 milyard funt sterlinq yardım ayıracaq. Beləliklə, vəsaitin ümumi məbləği 3,3 milyard təşkil edəcək. Xatırladaq ki, Suriya münaqişəsinin həllinə dair Cenevrə danışıqları təxirə salınıb. Bu barədə məlumatı BMT-nın Suriya üzrə xüsusi səfiri Stefan De Mistura verib. Onun sözlərinə görə, tərəflər hazırda prosedur məsələlərini həll etməyə çalışırlar. Suriya hökümətinin nümayəndələri danışıqların dayandırılmasında müxəlifəti ittiham edib. Xatırladaq ki, Suriya ordusu terrorçuların mövqelərinə hücum etdikdən sonra bəzi müxəlifət nümayəndələri Cenevrə danışıqlarından imtina ediblər. Ali danışıqlar komitəsinin sözçüsü Salem Əl-Meslet jurnalistərə bildirib ki, dəyişikliklər olmasa, müxəlifət Cenevrəyə qayıtmayacaq.

19:00 / 04.02.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 21599
Bu ay: 464442
Ümumi: 13288740
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın