/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Ukraynada yeni böhran

Şriftin ölçüsü:  11px13px15px17px

Ukraynanın iqtisadiyyat naziri Ayvaras Abromaviçyus vəzifəsindən istefa verib. Abromaviçyus Pyotr Poroşenko hökumətini rüşvətxorluqda təqsirləndirib. Sabiq nazir bildirib ki, onun korrupsiyaya qarşı mübarizə tədbirlərinə dəfələrlə əngəl törədilib. Abromaviçyus xüsusən müdafiə və enerji sahəsində yaranmış boşluqlardan bəzi şəxslərin öz məqsədləri üçün istifadə etdiyini bildirib.
Abromaviçyus parlamentin üzvü İqor Kononekonu ittiham edərək bildirib ki, deputat müxtəlif nazirliklərə öz adamlarını təyin etdirməklə, dövlət müqavilələrindən gələn gəlirlərin “lazımi ciblərə” axmasına nəzarət edir. Ekspertlər deyir ki, hökumət daxilində yaranmış ziddiyət qərbin dəstəklədiyi rəhbərliyə qarşı zərbə ola bilər.
ABŞ Dövlət Departamenti də Ukraynadakı vəziyyəti şərh edib. Birləşmiş Ştatlar Ukrayna hökumətini şəxsi maraqları kənara qoyub, ziddiyyətlərə üstün gələrək islahatları davam etdirməyə çağırır. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bəyan edib. Qeyd edək ki, Ukrayna parlamentində də koalisiyalar arasında fikir ayrılığı yaranıb. Koalisiyanın dağılacağı təqdirdə parlamentin buraxılacağı ehtimalı yüksəkdir.

13:00 / 04.02.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 1264
Bu ay: 307942
Ümumi: 13797558
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın