/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Obama məscidə gedib

Şriftin ölçüsü:  11px13px15px17px

ABŞ prezidenti Barak Obama prezidentliyi dövründə ilk dəfə ölkə məscidlərindən birini ziyarət edib. Prezidentin Baltimorda yerləşən məscidə ziyarətinin məqsədi müsəlmanlara dəstək nümayiş etdirmək olub.
ABŞ lideri Baltimorda müsəlman amerikalılarla görüşüb. Bildirib ki, “Müsəlmanlara qarşı siyasi ritorikaya ölkədə yer olmamalıdır”. O, müsəlman amerikalıları “Ölkənin mötəbər və vətənpərvər vətəndaşları” adlandırıb. ABŞ mediası Barak Obamanın dediklərini prezidentliyə namizəd Donald Trampın antimüsəlman qeydlərinə cavab kimi qiymətləndirir. Ağ evdən isə bəyan ediblər ki, prezidentin məscidə səfəri dini azlıqların müdafiəsi məqsədilə edilib. Prezident cümə məscidində etdiyi çıxışında bildirib ki, amerikalı müsəlmanlar “Azlığın hərəkətlərinə görə hədəflənir və günahlandırılırlar”. O deyib ki, amerikalıların əksəriyyəti müsəlman sözünü ən çox terrorla bağlı xəbərlərdə və ya filmlərdə eşidirlər və islam barədə lazımi bilikləri yoxdur.
O, 11 sentyabr hadisələri və bu yaxınlarda Parisdə baş vermiş hücumları bütöv bir dinlə bağlamağın səhv olduğunu deyib. Səfər çərçivəsində Obama Baltimorun İslam cəmiyyəti liderləri ilə də görüşüb və dini azadlıq mövzusunda çıxış edib. Ağ evin sözçüsü Coş Ernest prezident Obamanın bundan əvvəl də xarici ölkələrə səfərləri zamanı məscidləri ziyarət etdiyini qeyd edib

13:00 / 04.02.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 1961
Bu ay: 308639
Ümumi: 13798255
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın