
Hindistan əczaçılıq şirkətlərindən biri «zika» virusu əleyhinə ilk vaksinin yaradılması barədə xəbər yayıb. Şirkətin rəhbəri Krişna Ella bildirib ki, bu, dünyada virusa qarşı ilk vaksin ola bilər.
Hindistan alimlərinin sözlərinə görə iki nümunə hazırlanıb. Lakin vaksinləritn heyvanlar və insanlar üzərində sıqnaqlarının keçirilməsi üçün vaxt tələb olunur.
Dünya Səhiyyə Təşkilatı «zika» virusunun insandan insana keçməsi faktını araşdırmaq niyyətindədir. Qeyd edək ki, hadisə ABŞ-ın Dallas şəhərində qeydə alınıb.
Təşkilatın Avropa bürosunun nümayəndələri bildirirlər ki, yaz-yay mövsümünün yaxınlaşması ilə əlaqədar zika virusunun yayılma ehtimalı daha da artır. Qeyd edək ki, virus ağcaqanad dişləməsi ilə keçir. Və onların yaşadığı bütün ölkələr təhlükə ilə üzləşə bilər.
İralandiyada iki nəfər zikaya yoluxub. Onların hər ikiksi bir müddət əvvəl Latın Amerkası ölkələrinin birindən qayıdıb.
19:00 / 03.02.2016