/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Təyyarə partladılıb

Şriftin ölçüsü:  11px13px15px17px

Somalidən Cibutiyə uçan təyyarə havaya qalxandan beş dəqiqə sonra laynerin içərisində partlayış baş verib. Təyyarənin sərnişinləri arasında Türkiyə vətandaşları da olub. Partlayış nəticəsində bir nəfər həlak olub, daha ikisi yaralanıb. Hadisə terror aktı kimi dəyərləndirilir. Partlayış nəticəsində laynerin üstündə dəlik əmələ gəlib. Partlayışın təsirindən ilüminatorlardan biri parçalanıb və laynerin içində yanğın başlayıb. Təyyarədə 60 sərnişin və ekipaj üzvü olub. Onlardan 10 - u Türkiyə vətəndaşıdır. Hadisə zamanı sərnişinlərə təşvişə düşməmələri barədə bir neçə dəfə xəbərdarlıq edilib. Təyyarə hava limanına qayıtdıqdan sonra sərnişinlər evakuasiya olunublar. Qeyd edək ki, sonuncu dəfə təyyarədə terror aktı ötən il oktybarın 31-də, Rusiyaya məxsus “Airbus A-320” laynerində baş verib. Partlayış nəticəsində içəridə olan 224 sərnişinin hamısı həyatını itirib.

13:00 / 03.02.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 11792
Bu ay: 11792
Ümumi: 17232245
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın