/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Zika dünya üçün təhlükədir

Şriftin ölçüsü:  11px13px15px17px

Əsasən Latın Amerikası ölkələrində yayılan «zika» virusu qlobal sağlamlıq üçün təhlükədir və dünya ölkələrində fövqəladə vəziyyət yaranıb. Belə nəticəyə Dünya Səhiyyə Təşkilatının fövqəladə vəziyyətlər üzrə komitəsinin iclasında gəlinib. Cenevrədə baş tutan toplantıda çıxış edən təşkilatın baş katibi Marqaret Çen bildirib ki, «zika» virusunun uşaqlarda mikrosefaliyaya səbəb olduğu hələ tam sübüt olunmayıb. «Zika» virusuna qarşı vaksin hələ tapılmayıb. Yeqanə çıxış yolu ağcaqanadlardan qorunmaqdır. Braziliyada 200 mindən çox hərbçi əhaliyə bu işdə kömək edir. Ekspertlərin fikrincə, bu il ərzində amerika qitəsində 3-4 milyon insan zikaya yoluxa bilər. Barziliya rəsmiləri bildiriblər ki, virus əleyhinə dərman hazırlamaq üçün alimlərə 5 ilə kimi vaxt lazımdır. Hazırda abş və braziliya bu istiqamətdə birgə çalışırlar. Hökumət hamilə qadınlara bu il Rio-De-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına gəlməyi məsləhət görmürlər. Lakin virusa görə olimpiya oyunlarını təxirə salmağı da düşünmürlər. Beynəlxalq Olimpiya Komitəsi isə oyunlar zamanı bütün idmançıları və qonaqları virusdan qorumaq üçün tətbirlər görəcək. Bu arada Meksikanın Kintano-Roo ştatında «zika» virusunun yayılması ilə bağlı həyacan elan edilib. Yaponiya höküməti də vəziyyətlə bağlı iclas keçirəcək. Ekspertlər bildiriblər ki, havanın temperaturunun yüksəlməsi virusun daha sürətlə yayılmasına şərait yaradır.

13:00 / 02.02.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 10847
Bu ay: 10847
Ümumi: 17231300
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın