/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Miqrant böhranı dərinləşir

Şriftin ölçüsü:  11px13px15px17px

Belçika ölkədə olan miqrantların bir hissəsini geri göndərib. Almaniyanın paytaxtı Berlində isə problemin həll edilməsi üçün danışıqlar gedir. Böyük Britanyada qaçqınların tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma yaşanıb. Yüzdən cox iraqlı miqrant Belçıkadan Bağdada yola salınıb. Brüssel rəsmilərinin sözlərinə görə, qaçqınlar öz xoşları ilə geri qayıdıblar. Məlumata görə, ımmıqrasıya orqanları bunun üçün 4 təyyarə icarəyə götürüb. Bu arada Yunanıstan şenqen zonasından uzaqlaşdırıla bilər. Buna səbəb kimi vizasız rejim müqaviləsinin pozulması göstərilir. Rəsmi Afina isə hesab edir ki, Avropa Komissiyasının şenqenlə bağlı hesabatı obyektiv deyil və ölkənin ızolyasıyasına yönəldilib. Almaniya polisi ölkə ərazisinə qeyri-qanuni yolla keçməyə calışan miqrantlara atəş acmalıdır. Bu sözləri “Almaniya üçün alternativ” partiyasının lıderlərındən bırı olan Frauke Petri deyib. Berlində isə kansler Angela Merkel ilə İtaliyanın baş naziri Matteo Renzi arasında görüş baş tutub. Görüşdə Avropanın üzləşdıyı mıqrant böhranına daır məsələlər müzakırə edılıb. Söhbət zamanı hər ıkı ölkənın Avropa İttıfaqının surıyalı mıqrantlar üçün Türkıyəyə 3 mılyard avro vəsaıt ayırması məsələsındə İtalıyanın töhfəsı ılə bağlı fıkır ayrılıqlarına son qoyması xüsusı vurğulanıb. Almaniyanın əmək və sosıal sıyasət nazırı Andrea Nales isə bəyan edib ki, ölkədə məskunlaşan qaçqınlar cəmiyyətə uyğunlaşamq üçün cəhd göstərməsələr, onlara verilən müavınətin həcmi azaldılacaq.

19:00 / 01.02.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 11373
Bu ay: 11373
Ümumi: 17231826
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın