/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Etirazçılar parlamentə hücum ediblər

Şriftin ölçüsü:  11px13px15px17px

Moldovada vəziyyət gərgin olaraq qalır. Yeni baş nazir Pavel Filipin əleyhdarları parlamentin binasına hücum ediblər. Etirazçılarla polis arasında toqquşma olub. Yaralananlar var.
Moldovada nümayişçilər parlamentin binasına daxil olublar. Onlar «Oğrular» və «Rədd ol!» kimi şüarlar səslərdiriblər. Və parlamenti hökumətin tərkibi ilə bağlı qərarını ləğv etməyə çağırıblar. «Layəqət və həqiqət» partiyasının liderlərindən olan Adrian Nestase nümayişçiləri deputatlara parlament binasından çıxmağa imkan verməməyə çağırıb. Lakin millət vəkillərini evakuasiya etmək mümkün olub. Etirazçilardan biri gözyaşardıcı qazdan istifadə edib. Toqquşmalar nəticəsində 7 polis əməkdaşı və 3 etirazçı xəsarət alıb. Moldova parlamentinin binasının qarşısında toplaşan mitinqçilər ölkənin sabiq przeidenti Mixail Qimpuyanı da döyüblər. Bu barədə məlumatı yerli kütləvi informasiya vasitələri yayıb. Belə ki, siyasətçi yeni baş nazirə səs verənlər arasında olub. Bu isə mitinqçiləri qəzəbləndirib.
Avropa İttifaqı Moldovada münaqişə tərəflərini dialoqa və səbirli olmağa çağırıb. «Biz ölkədə bütün maraqlı tərəfləri dialoqda iştirak etməyə və Moldova Respublikası üçün birlikdə irəliyə doğru yol axtarmağa çağırırıq»- deyə Avropa İttifaqının bəyanatında qeyd edilib.

13:00 / 21.01.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 30
Bu gün: 1515
Bu ay: 416744
Ümumi: 17186077
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın