/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Afinada nümayiş olub

Şriftin ölçüsü:  11px13px15px17px

Yunanıstanın paytaxtı Afinada minlərlə insan küçələrə çıxaraq, hökümətə qarşı kütləvi nümayiş keçirib. Fəallar hökumətin planlaşdırdığı islahatlara etiraz ediblər. Həkimlərin və vəkillərin də qoşulduğu nümayişin iştirakçıları parlament istiqamətində dinc yürüş ediblər. Aksiyaçılar işçilərin gəlirlərindən sosial müdafiə fonduna ayırımların miqdarının artırılması barədə təklifə qarşı çıxır. Planlaşdırılan islahatlar elm adamlarını da küçələrə çıxmağa vadar edib Sosial müdafiə sektorundakı islahatlar geniş mübahisələrə yol açıb. Yunanıstanda sosial müdafiə və təqaüd fondu uzun illərdi ki, böhrandan çıxa bilmir. Üstəlik beynəlxalq kreditorların təkidi ilə həyata keçirilən islahatlar ciddi çətinliklər yaradıb. Etirazçılar bildirir ki, yeni qanun qəbul olunsa, özəl sektorda çalışanlar pul qazanmaq üçün kütləvi şəkildə xaricə üz tutacaqlar. Ötən bir neçə il Yunanıstanda sərt iqtisadi islahatlar səbəbindən keçirilən etiraz aksiyaları ilə yadda qalıb.

13:00 / 15.01.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 29
Bu gün: 1490
Bu ay: 416719
Ümumi: 17186052
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın