/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

İŞİD matəm elan edib

Şriftin ölçüsü:  11px13px15px17px

İŞİD terror qruplaşması yas içindədir. Rəmadi şəhərinin yaxınlığındakı böyük itkilərdən sonra terror qruplaşması matəm elan edib. Bu arada yaraqlılar bir neçə yaşayış məntəqəsini ələ keçiriblər. İŞİD yaşayış məntəqələrinə 8 ədəd zirehli texnika ilə hücum edib. Qarşıdurma zamanı 13 hərbçi həyatını itirib, 21 nəfər isə yaralanıb. Bu hadisədən sonra İŞİD-ə qarşı xüsusi əməliyyat keçirilib. Nəticədə yaraqlıların planlaşdırdığı daha bir terror aktının qarşısı alınıb. Məlum olub ki, İŞİD Tikritin cənubunda yerləşən Mıkeyşife bölgəsində bomba yüklü iki avtomobillə hərbi qərargaha hücum hazırlayırmış. Bu arada Rəmadi şəhərinin yaxınlığında verdiyi böyük itkilərdən sonra İŞİD terror qruplaşması matəm elan edib. Qondarma xəlifə Əbu Bəkr Əl Bağdadi məruz qaldıqları məğlubiyyət və itkilər səbəbindən 3 gün yas tutulmasını əmr edib. İtkilərin İŞİD terror qruplaşmasında böyük ruh düşkünlüyü yaratdığı bildirilir. Bundan başqa İraq ordusunun keçirdiyi əməliyyatlar nəticəsində 237 İŞİD silahlısı məhv edilib, həmçinin 27 ədəd hərbi məqsədlər üçün istifadə edilən avtomobil, 8 zirehli texnika ələ keçirilib. Türkiyənin baş naziri Əhməd Davudoğlu da İŞİD qruplaşmasına zərbə endirdiklərini bildirib. Davudoğlu, 48 saat ərzində terrorçuların mövqelərinə tank və toplardan 500-ə yaxın mərmi atıldığını, 200 İŞİD üzvünün məhv edildiyini bildirib. Baş nazir lazım gələrsə, terrorçulara qarşı əməliyyatlara hava qüvvələrinin də cəlb olunacağını deyib.

13:00 / 15.01.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 12612
Bu ay: 263808
Ümumi: 13753424
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın