/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Pxenyana qarşı yeni sanksiyalar hazırlanır

Şriftin ölçüsü:  11px13px15px17px

BMT Təhlükəsizlik Şürası Şimali Koreyaya qarşı yeni sanksiyalar paketi hazırlayır. Lakin sənədin nə vaxt qəbul ediləcəyi məlum deyil. Bu arada pxenyan rəsmi Seula və Vaşinqtona qarşı təbliğatı gücləndirib. Şimali Koreya cənub qonşusu ilə sərhəddə təbliğat xarakterli radio yayımlarına başlayıb. Səsgücləndiricilərlə yayılan məlumatlarda Şimali Koreya lideri kim Çen Inın siyasəti təbliğ olunur. Cənubi Koreya prezidenti Pak Kın He isə tənqidlərə məruz qalır. Şimali Koreyanın bütün vilayətlərində nüvə sınağını dəstəkləyən mitinqlər keçirilib. Nümayışçilər sınağın keçirilməsini ölkənin suveren haqqı olduğunu bildiriblər. Ölkənin kütləvi informasiya vasitələrində ABŞ- kəskin tənqid olunur. «Rəsmi Tokio, Vaşınqton və Seul Şimali Koreyadan gələn təhlükə ilə birgə mübarizə aparmağa hazırdılar»-deyə Yaponiyanın xarici işlər naziri Fumio Kisida bildirib. Yanvarın 16-da Tokioda məsələ ilə bağlı üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulub. Yaponiyanın xarici işlər naziri rusiyalı həmkarı ilə də müzakirələr aparılacağını bildirib. Lakin danışıqların nə vaxt keçiriləcəyi məlum deyil. Cənubi koreyalı ekspertlərin fikrincə artıq rəsmi Seul da nüvə silahının hazırlanmasına başlamalıdır. Və Cənubi Koreya nüvə ölkəsinə çevrilməlidir.

19:00 / 12.01.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 23195
Bu ay: 432611
Ümumi: 13922227
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın