/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Misirdə turizim sektoru təhlükədə

Şriftin ölçüsü:  11px13px15px17px

Misirdə turistlərin ən çox axın etdiyi hurqada əyləncə, istirahət və turizm zonasında üç naməlum şəxs atəş açıb . Xəsarət alanlar var. Terrorçulardan biri isə məhv edilib. "Bella vista" otelinin yaxınlığında baş verən atışma zamanı tusitlər arasında yaralananlar olub. Avstriyanın xarici işlər naziri Sebastyan Kurtsun açıqlamasına görə, Hurqadada baş vermiş silahlı insident nəticəsində 3 turist yaralanıb. Onlardan ikisı Avstriya, 1 isə İsveç vətəndaşıdır. Lakin onlar güllə yarası deyil bıçaq yaraları alıblar.
Otelə hücum edən terrorçulardan birinin hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində öldürüldüyü, digərinin isə yaralandığı bildirilir. Daha sonra daxil olan məlumata görə, silahlı şəxlsər 3 nəfər olub. Hadisə şahidləri öldürülən terrorçulardan birinin şəhid kəməri geyindiyini deyiblər.
Təcavüzkarların birinin Danimarkadan, digərinin Almaniyadan Misirə gəldiyi bildirilir. Basqınçıların otelə dənizdən gəldikləri barədə xəbərlər hələ ki, təsdiqini tapmayıb. Hadisənin baş verdiyi rayon polis tərəfindən mühasirəyə alınıb. Terror aktına görə, hələlik heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib.
Xatırladaq ki, ötən həftə silahlı şəxsləır Qahirədə bir avtobusa və ehramların yaxınlığında yerləşən bir otelə hücum etmişdilər. Təhlükəsizlik xidməti hadisənin terror olmadığını açıqlasa da sonradan məsuliyyəti işid terror qruplaşması öz üzərinə götürmüşdü. Qeyd edək ki, Misirdə baş verən bu hadisələr ölkənin turis sektoruna təsirsiz ötüşmür. Bu səbəbdən baş verən analoji hadisələri təhlükəsizlik qüvvələri terror kimi qələmə verməyə çalışmırlar

13:00 / 09.01.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 8678
Bu ay: 315356
Ümumi: 13804972
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın