/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Koreya yarımadasında güc nümayişi

Şriftin ölçüsü:  11px13px15px17px

Şimali Koreyanın həyata keçirdiyi hidrogen bombası sınağı ölkənin Cənubi Koreya ilə münasibətlərini yenidən gərginləşidirib. Hər iki ölkə sərhəddə hərbçilərin sayını artırmağa başlayıb.
Rəsmi Seul bu gündən Şimali Koreya ilə sərhəddə səsgücləndiricilər vasitəsilə təbliğat xarakterli materialların yayımını bərpa edir. Yayımlar gün ərzində 6 saat davam edəcək və 24 km məsafədə eşidiləcək. Təbliğatı Şimali Koreya hərbçiləri ilə yanaşı, sərhədyanı ərazilərdə yaşayan əhali də eşidə biləcək.
Buna cavab olaraq Koreya Xalq Demokratik Respublikası Cənubi Koreya ilə sərhəddə hərbçilərinin sayını artırıb. Eyni addımı Cənubi Koreya da atıb. Həmçinin yüksək hərbi hazırlıq elan edilib. Ərazidə tank əleyhinə raketlər yerləşdirilib. Yeni səngərlər qazılıb. Britaniyanın xarici işlər naziri Filip Hammond isə Cənubi Koreyanı tələsik addımlar atmamağa və səbirli olmağa çağırıb.
Koreya yarımadasında baş verənlər region ölkələri tərəfindən diqqətlə izlənilir. Yaponiyanın baş naziri Sindzo Abe Şimali Koreyanı nüvə və raket proqramlarından tam imtina etməyə və BMT-nin qətnamələrini yerinə yetirməyə səsləyib. Bu arada Çinin xarici işlər naziri Van İ və ABŞ-ın dövlət katibi Con Kerri Şimali Koreyanın nüvə problemini müzakirə ediblər. Tərəflər bu istiqamətdə əməkdaşlıq etmək barədə razılığa gəliblər. Görüşdən sonra verdiyi açıqlamada con kerri bildirib ki, məsələyə yeni yanaşma vacibdir.
Xatırladaq ki, Şimali Koreya yanvarın 6-da hidrogen bombasını sınaqdan keçirdiyini bəyan edib. Lakin bunu təstiqləyən hüç bir fakt yoxdur.

13:00 / 08.01.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 17020
Bu ay: 307005
Ümumi: 14441366
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın