/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Səudiyyə Ərəbistanı ilə İran arasında böhran dərinləşir

Şriftin ölçüsü:  11px13px15px17px

Səudiyyə Ərəbistanı- İran arasında yaranan gərginlik səbəbi ilə artıq bir neçə ölkə İrandan səfirini geri çağırıb. Bu arada iki ölkə arasında yaranan soyuq münasibətlərə səbəb olan edam olunmuş din xadimi Nimr Əl-Nimrin qardaşı Məhəmməd Əl-Nimr Abş prezidenti Barak Obamanın yaşanan hadisənin qarşını ala biləcəyini açıqlayıb. Səudiyyə Ərəbistanı-İran qarşıdurmasında daha bir ölkə mövqeini açıqlayıb. Ərəb Dövlətləri Liqasının üzvü Olan Cibuti də İranla diplomatik münasibətləri dayandırıb. Cibuti tehrandakı səfirini geri çağırıb. Bundan başqa, Qətər hökuməti İrandakı səfirini geri çağırıb. Ardınca Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Sudan da İranla diplomatik münasibətləri kəsdiyini bəyan edib. Bəhreyn həmçinin İran tərəfindən dəstəklənən livanın “Hizbullah” təşkilatının tərəfdarı olan təhlükəsizlik işçilərini işdən çıxarmağa başlayıb. Dünən 7 şiə polisi “Hizbullah” tərəfdarı olduğu üçün işindən uzaqlaşdırıb. Yaranan gərginliyə görə, iranlı diplomatlar da Səudiyyə Ərəbistanını tərk etməyə başlayıb. Səudiyyə Ərəbistanı rəsmi xəbər agentlikləri Ər Riyad və Ciddə şəhərlərində yerləşən səfirliklərin işçiləri İrandan gələn özəl bir təyyarə ilə ölkəni tərk ediyi barədə məlumat yayıblar. İranla Səudiyyə Ərəbistanı arasında yaranan gərginliyin daha da artdığını görən İran prezidenti Həsən Ruhani isə qeyd edib ki, Səudiyyə Ərəbistanı etdiyi səhvlərinə görə geri çəkilməlidir. Səudiyyə Ərəbistanı İrandakı diplomatik nümayəndəliklərinə edilən hücumların qanuna uyğun olmadığı açıqlamasını verdikdən sonra İran prezidenti Həsən Ruhani təhlükəsizlik işçilərinə hadisədə təqsirli bilinənləri tapıb onlara cəzaların verilməsinə dair göstəriş verib. Prezident Daxili İşlər və Kəşfiyyat Nazirliyi də hücumun qarşısını almağı bacarmayan təhlükəsizlik işçiləri haqqında cəza tədbiq ediləcəyini bildirib. O, diplomatik missiyası olan binaların hüquqi cəhətdən toxunulmazlıq hüququna sahib olduğunu qeyd edib: Bu arada Səudiyyə Ərəbistanı məhkəməsinin qərarı ilə edam olunan baqir Nimr Əl-Nimrin Qardaşı iş adamı Məhəmməd Əl-Nimr Türkiyənin "Habertürk" televiziyasına müsahibəsibə verib. Məhəmməd Əl-Nimrin sözlərinə görə, qardaşı edam olunmamışdan əvvəl ABŞ prezidenti Barak Obama ilə görüşüblər: "Ancaq onun adminstrasiyası nəticə əldə etmə ehtimalı az olan diplomatik yolla bu məsələni həll etməyə çalışdı. Buna insani münasibətlər çərçivəsində deyil, diplomatik yanaşdılar", - deyə o söyləyib. O, qardaşının edam edilsindən və oğlunun da edam ediləcəyindən kədərləndiyini vurğulayıb. Məhəmməd Əl-Nimr şiəllərin çoxluq təşkil etdiyi Səudiyyə Ərəbistanının Qatif şəhərində nüfuzlu ailə olduqlarını söyləyib: "Buradakı əhalinin daxili savaşa çevrilə biləcək hərəkətlərinə mane oluruq. Sakinləri sakitləşməyə çağırırıq. Ölkəmizə hər hansı ziyanın dəyməsini istəmirik". Deyə Məhəmməd Əl-Nimr açıqlamasında bildirib. Qeyd edək ki, Səudiyyə Ərəbistanında şiə din alimi şeyx Nimr Əl-Nimrinin də aralarında olduğu 47 nəfərin edam olunması Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirib. Ər-Riyad edamdan sonra İrandakı diplomatik korpusların yandırılmasına etiraz olaraq Tehranla diplomatik münasibətləri kəsib.

13:00 / 07.01.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 24006
Bu ay: 433422
Ümumi: 13923038
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın