/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

İrana qarşı yeni sanksiyalar

Şriftin ölçüsü:  11px13px15px17px

Səudiyyə Ərəbistanının İrandaki diplomatları vətənlərinə geri dönüblər. Omanın Xarici İşlər Nazirliyi isə Tehranda Səudiyyə Ərəbistanı səfirliyinə və məşhəddə yerləşən konsulluğa hücumu pisləyən bəyanatla çıxış edib. Bu arada ABŞ – ın İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyi gözlənlir.
Omanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, səfirliyə hücum edən nümayışçilərin hərəkatlərı vyana konvensiyasına və diqər beynəlxalq hüquq normalarına ziddir.
Səudiyyə Ərəbistanı isə İranla bağlı bütün layihələri dondurub. İran səfirinin görüşmək barədə xahişi rəsmi Ər – Riyad tərəfindən rədd edilib.
İŞİD terror təşkilatı Səudiyyə Ərəbistanını 47 nəfərin edam edilməsinə görə təhdid edib. Belə ki, ölümə məhkum edilənlərdən 43-ü «Əl-Qaida» ilə əlaqədə ittiham olunurdu. İŞİD bəyan edib ki, Səudiyyə Ərəbistanında olan «Əl-Qaida» üzvlərini azad etmək üçün onların saxlanıldığı həbsxanalara hücüm edəcək.
ABŞ administrasiyası isə bir neçə gün əvvəl keçirilən raket sınaqlarına görə İrana qarşı tətbiq edəcəyi yeni sanksiyaların texniki detallarını nəzərdən keçirir. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.

19:00 / 06.01.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 23982
Bu ay: 433398
Ümumi: 13923014
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın