/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Şimali Koreya dünyanı silkələdi

Şriftin ölçüsü:  11px13px15px17px

Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsi dünya ölkələri tərəfindən ciddi narahatlıqla qarşılanıb. Rəsmi Pxenyanın bu addımına qarşı cıxan ölkə və təşkilatların sayı durmaldan artır.
Xəbər Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə də narahatlıqla qarşılanıb. Təşkilatın baş direktoru Yukiya Amano rəsmi Pxenyanı götürdüyü öhdəliklərin yerinə yetirməyə cağırıb.
Sınaq zamanı partlayışın gücü 6 kilotona yaxın olub. Nəticədə Koreya yarımadasında təxminən 5 bal gücündə zəlzələ qeydə alınıb. Çin yarımada ilə sərhəd rayonlarda yaşayan sakinləri evakuasiya edib. Rəsmi Pekin isə baş verən hadisəyə görə etirazını bildirib. Etiraz edən ölkələr arasında Yaponiya, Cənubi Koreya, Böyük Britanya, Fransa, Avstraliya və İtalya da var. Cənubi Koreya və Yaponiya hökümətləri hadisə ilə əlaqədər təcili toplantı çağırıblar. Rəsmi Tokio bildirib ki, Şimali Koreyaya qarşı sərt addımlar atılacaq.
Cənubi Koreyada isə ordu yüksək hazırlıq səviyyəsinə gətirilib. Şimali Koreyanın Almaniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Və ondan izahat tələb edilib. Məsələyə rəsmi Moskva da münasibət bildirib. Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə Rusiya höküməti Şimali Koreyanın bu addımından cox narahatdır. Rusıya prezıdentı Vladımır Putın isə vəzıyyətı təhlıl etmək barədə göstərış verıb. Məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili toplantısı keçiriləcək. Toplantı ABŞ və Yaponiya rəsmlərinin müraciəti əsasında çağrılır. Müzaikrələr qapalı keçiriləcək. Şimali Koreya bundan əvvəl də 3 nüvə sınağı həyata keçirib. Buna cavab olaraq BMT Təhlükəsizlik Şurası rəsmi Pxenyana müxtəlif sanksiyalar tətbiq edib.

19:00 / 06.01.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 8415
Bu ay: 315093
Ümumi: 13804709
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın