/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Dünya təşviş içindədir

Şriftin ölçüsü:  11px13px15px17px

Şimali Koreya höküməti hidrogen bombasını uğurla sınaqdan keçirməsi barədə məlumat yayıb. Bu hadisə dünya ölkələri tərəfindən birmənalı qarşılamayıb. BMT isə Koreya Xalq Demokratık Respublıkasının hıdrogen bombasını sınaqdan keçırdiyi ücün fövqəladə ıclas keçırəcək.
Şimali Koreya hidrogen bombasını sınaqdan keçirərkən partlayışın gücü 6 kilotona yaxın olub. Koreya Xalq Demokratik Respublikasının telekanallarından birində verilən məlumata görə sınaqlar Punqeri nüvə paliqonunda keçirilib. Partlayışın təxminən 100 metrlik dərinlikdə olduğu bildirlir. Bu barədə Cənubi Koreya telekanallarında məlumat yayılıb.
Şimali Koreyanın atdığı bu addım qonşu ölkələr tərəfindən təşvişlə qarşılanıb. Belə ki Cənubi Koreya və Yaponiya hökümətləri hadisə ilə əlaqədər təcili iclaslar keçirməyə başlayırlar. Rəsmi Tokio bildirib ki, Şimali Koreyaya qarşı sərt addımlar atılacaq. Yaponiyanın baş naziri bildirib ki, Şimali Koreyanın nüvə sınağı Yaponiyanın təhlükəsizliyini təhdid edir.
Cənubi Koreya prezidenti Pak Kın He təcili olaraq Təhlükəsizlik Şurasının iclasını cağıraraq, ordunu yüksək səviyyədə hazırlıq vəziyyətinə gətirməyə göstəriş verib. ABŞ isə Şimali Koreyadan beynəlxalq öhtəliklərə hörmətlə yanaşmasını tələb edib. Lakin rəsmi Ağ Ev hələ ki Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirdiyini təsdiqləməyib. Fransa da baş verən hadisəyə münasibət bildirib. Rəsmi Paris bütün dünya ölkələrini Şimali Koreyaya qarşı sərt addımlar atmağa cağırıb.
BMT Təhlükəsizlik Şurası isə Koreya Xalq Demokratik Respublikasının hidrogen bombasını sınaqdan keçirməsi ilə bağlı təcili toplantı keçirəcək. Toplantı ABŞ və Yaponiya rəsmlərinin müraciətinə əsasən çağrılıb. Verilən məlumata görə toplantı qapalı şəkildə keçiriləcək. Şimali Koreya bundan əvvəldə 3 dəfə nüvə sınaqları həyata keçirib. Buna cavab olaraq BMT Təhlükəsizlik Şurası rəsmi Pxenyana müxtəlif sanksiyalar tətbiq edib.

13:00 / 06.01.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 12669
Bu ay: 263865
Ümumi: 13753481
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın