/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Avropada donaraq ölənlərin sayı artır

Şriftin ölçüsü:  11px13px15px17px

Güclü qar Gürcüstanla Rusiya sərhədində nəqliyyatın hərəkətini iflic edib. Polşada isə iki gün ərzində 20 nəfərə yaxın şəxs donaraq ölüb. Son bir neçə ay ərzində Polşanın ayrı-ayrı bölgələrində temperatur 20 dərəcə aşağı düşüb. Sinoptiklərin proqnozlarına görə, şaxta hələ bir neçə həftə davam edəcək. Bundan bir gün əvvəl isə daha 8 nəfərin öldüyü deyilir. Havanın soyuq keçməsi, yağan qar yolları iflic vəziyyətinə salıb, 150-dən çox bina istiliksiz qalıb. Bəzi dükan və marketlər bağlanıb, dövlət müəssisələri tətil elan edib. Ümumiyyətlə, Avropada qış çox sərt keçir və insanların donaraq ölməsi hallarına, demək olar, hər il rast gəlinir. Ən çox donvurmadan 2012-ci il də ölən olub. Həmin il Avropada 60-dan çox insan donaraq dünyasını dəyişib. Soyuq hava daha çox Şərqi və Mərkəzi Avropada müşahidə edilib. Güclü qar Gürcüstan Rusiya sərhədində nəqliyyatın hərəkətini iflic edib. Gürcüstana istiqamətlənən yük avtomobillərinin sürücüləri bir neçə gün sərhəddə qalmaq məcburiyyətindədirlər. Sürücülər yancağı, su və qida çatışmazlığından əziyyət çəkirlər. Qeyd edək ki, Gürcüstanda güclü qar artıq 4-cü gündür ki, davam edir. Kommunal xidmətlər yolları qardan təmizləməyə çalışsada buna nail ola bilmirlər. Nəticədə uzunluğu bir neçə kilometrə çatan tıxaclar yaranır. Bu arada Slovakiya da güclü qardan əziyyət çəkir. Ölkədə yağan qar yollarda nəqliyyatın hərəkətini iflic edib. Çoxlu sayda avtomobil qəzaları qeydə alınıb. Sinoptiklər bu cür hava şəraitinin hələ bir neçə gün davam edcəyini bildirib.

09:00 / 05.01.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 12
Bu gün: 13294
Bu ay: 422710
Ümumi: 13912326
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın