/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Səudiyyə Ərəbistanı ilə İran arasında gərginlik artır

Şriftin ölçüsü:  11px13px15px17px

Din xadimi Nimr Əl Nimrin edam edilməsi ilə Səudiyyə Ərəbistanı ilə İran arasında başlayan gərginlik hər gün bir az daha da artır. Səudiyyə Ərəbistanı İrana qarşı bəzi qərarlar qəbul edib. Bu arada dünyada bu gərginliyin azalması üçün vasitəçiliyi öz üzərinə götürmək istəyən dövlətlərin sayı da artır. ABŞ isə gərginliyin iki ölkə arasında həll olunmasının tərəfdarı olduğunu açıqlayıb.
Səudiyyə Ərəbistanının Baş Mülki Aviasiya İdarəsi İrana və İrandan daxil olan bütün reyslərin dayandırıldığını elan edib. İdarədən qeyd olunub ki, aviaşirkətlər lazımi tədbirlər görəcək və əvvəlcədən bilet sifariş edən və ödəniş aparan sərnişinlərə dəymiş ziyanın əvəzi ödəniləcək. Bundan əvvəl Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini bəyan edərək Tehrandakı diplomatlarının təxliyəsinə başlayıb.
Almaniya Səudiyyə Ərəbistanı ilə İran arasında yaranan gərginliyin sona çatdırılması üçün hər iki ölkə rəsmiləri arasında görüş təşkil etməyi təklif edib. Almaniyanın hökumət sözçüsü Steffen Seibert qeyd edib ki, - "Biz Almaniya olaraq hər iki ölkəyə də ikitərəfli əlaqələrin yenidən bərpa edilməsi üçün dialoq çağırışı edirik". İran və Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin başda Suriya böhranı və Yəmən olmaqla regional problemlərin həlli baxımından əhəmiyyətli olduğunu qeyd edən alman spikeri, "Bu səbəblə diplomatik kanalların açıq tutulmasının lazım olduğunu düşünürük" deyib. Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi qeyd edib ki, İran və Səudiyyə Ərəbistanı arasındakı edam böhranının həllinə yardım etmək üçün vasitəçilik missiyasını öz üzərinə götürməyə hazırdır.
Misir Ərəb Respublikası isə Səudiyyə Ərəbistanına dəstəyini açıqlayıb. Misirin Xarici İşlər Nazirliyinin sözçüsü rəsmi Qahirənin, Körfəz ölkələrinin təhlükəsizliyi üçün yaranacaq problem zamanı Səudiyyə Ərəbistanının tərəfində olacağını açıqlayıb. BMT tərəfləri ölçülü hərəkət etməyə çağırıb. Birləşmiş Ştatlar isə İran və Səudiyyə Ərəbistanı arasındakı ikitərəfli münasibətlərdə yaranan kəskin böhranın nizamlanmasına köməklik göstərmək üçün vasitəçi rolunu üzərinə götürməyə can atmadığını bəyan edib. Bunu brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Con Kirbi bildirib. Onun sözlərinə görə, Vaşinqton əmindir ki, Tehran və Ər-Riyadın yaranmış ciddi ziddiyəti ikitərəfli formatda nizamlaması düzgün olardı.
Suriya müxalifətinin milli koalisiyası isə bütün ərəb ölkələrinin İran-Səudiyyə münaqişəsi fonunda Tehranla əlaqələri kəsməsini tələb edib. Bəyanatda qeyd olunur ki, Suriya müxalifəti Ər-Riyadın İranla diplomatik münasibətləri dayandırmaq qərarını dəstəkləyir və "Bütün ərəb və İslam ölkələrini belə bir addım atmağa" çağırır."İran Suriya prezidenti Bəşər Əsədə dəstək verir, Səudiyyə Ərəbistanı isə müxalifətə, xüsusilə də, milli koalisiyaya", - deyə bəyanatda bildirilir. Digər tərəfdən Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdullah Əl-Muallimi bəyan edib ki, Səudiyyə Ərəbistanı ilə İran arasında yaşanan diplomatik qalmaqal Suriyada münaqişənin nizamlanmasına təsir etməyəcək.

09:00 / 05.01.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 28
Bu gün: 12667
Bu ay: 263863
Ümumi: 13753479
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın