/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Səudiyyə Ərəbistanı ilə İran arasında vəziyyət gərginləşir

Şriftin ölçüsü:  11px13px15px17px

Səudiyyə Ərəbistanda dini lider Nimr Əl -Nimrin edamı Ərəbistanla İranın diplomatik münasibətlərinə son qoyub. Ruhani liderinin edamına görə Tehranda Səudiyyə səfirliyinin yandırılmasından sonra Ər-Riyad Tehranla diplomatik əlaqələri kəsdiyini elan edib. İki ölkə arasında münasibətlər ərəb dövlətində alim Nimr Əl-Nimr də daxil olmaqla "Terrorçuluq və ona təhrikçilikdə" ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib. Rəsmi Ər- Riyadın bu addımına etiraz olaraq minlərlə iranlı Tehrandakı Səudiyyə Ərəbistanın səfirliyinin qarşısında toplaşaraq səfirliyin binasını yandırıb və talan edib. Buna cavab olaraq Səudiyyə Ərəbistanı İran diplomatlarını ölkədən çıxarıb və öz diplomatik korpusunu da Tehrandan geri çağırıb. Rəsmi Tehran isə alim Nimr Əl-Nimrı şəhid adlandıraraq dərhal mərkəzi küçələrin birinə onun adını verib. İranın ali dini lideri Əli Xameneyi Ər Riyadın bu addımını insanlığa qarşı edilən cinayət kimi dəyərləndirib. İran Xarici İşlər Nazirliyinin bəyantında deyilir ki, Səudiyyənin hərəkətlərı ona baha başa gələcək. Şeyx Nimr-İn edamı Səudiyyə Ərəbistan da da şiə müsəlmanların qəzəbli etirazlarına səbəb olub. Nümaişçilər Əl Nimrin doğulduğu Əl-Avamiyə kəndindən Əl Hatif şəhərinədək Əl Saud Nəslinin istefaya getməsi ilə bağlı şuarlar səsləndirirək yürüş ediblər. Bundan başqa Hindistanda və Bəhreyindədə Sədudiyyə Krallığının əlehinə aksiyalar keçirilir. Səudiyyə Ərəbistanının regionda ən yaxın müttəfiqi sayılan ABŞ hər iki ölkəni səbrli olmağa və siyasi konsensus tapmağa çağırıb. Lakin Səudiyyə Krallığının yüksək rütbəli məmurları bəyan edib ki, onları Amerikanın fikirləri maraqlandırmır. Rəsmi Tehran Səudiyyə Ərəbistanın səfirliyinin yandırılmasına münasibət bildirərkən qeyd edib ki, iğtişaş zamanı diplomatik korpusun nümaindələrinə heç bir zərər yetirilməyib. Hücumdan sonra polis 40 nəfəri saxlayıb. Məlumat üçün bildirək ki, 50 yaşında olan ruhani Nimr Əl Nimr , Səudiyyə Ərəbistanı kral ailəsinin ən sərt tənqidçisi idi. O, 2012-ci ildə kütləvi iğtişaşlığa çağırış ittihamı ilə həbs edilib və ruhaniyə 2014 cü ildə ölüm hökmü oxunub. Edam edilən ruhani lider indi təqdim edəcəyimiz fikirləri isə həbs olunmazdan əvvəl səsləndirib. Siyasi ekspertlər insidentin daha da dərinləşəcəyini proqnoz edirlər. Bu gün Tehran və Ər Riyad Yaxın Şərqdə iki böyük müharibə olan Suriya və Yəməndə birbaşa rol oynayırlar. Əlbətədə İranla Ərəbistan arasında yaranan insident Suriya və Yəməndə şiə və sünnü qarşıdurmasını daha da alovlandıracaq. Qeyd edək ki, bu Səudiyyə Ərəbistanı tarixində ən böyük edam faktıdır. Səudiyyə Ərəbistanı və İran arasında baş verən qalmaqal bir iqtisadi sahələrədə təsir göstərib.

13:00 / 04.01.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 5210
Bu ay: 347686
Ümumi: 13837302
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın