/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Dünya yeni ili qarşıladı

Şriftin ölçüsü:  11px13px15px17px

Dünyanın bir çox ölkəsində yeni il şənlikləri təşkil olunub. İlin son saatını insanlar mərkəzi meydanlarda qeyd etməyə çalışıblar. Yeni ili xüsusi qarşılayan ölkələrindən biri Avstraliya olub. Ölkənin ən böyük şəhərlərindən olan Sidneydə qəbələbik yaşanıb. Məşhur opera binası və körpünün üzərində 12 dəqiqə ərzində musiqi sədaları altında atəşfəşanlıq olub. Bu anı 2 miliyon nəfərə yaxın insan canlı izləyib. Çinin paytaxtı Pekində şəhər sakinləri və şəhərin qonaqları üçün ənənəvi işıq şousu keçirilib. Çində yeni ilin rəmzi şam ağacı yox, nərgiz gülü sayılır. İnsanlar paytaxtın müxtəlif yerlərində toplaşaraq lazer şou və atəşfəşanlığı izləyiblər. Rusiyada diqqətlər paytaxt Moskvaya yönəlib. Burda Kremlin üzərində ənənəvi atəşfəşanlıqdan əlavə dünyanın ən böyük buz meydançası insanların ixtiyarına verilib. Avropanın bir neçə şəhərində böyük şənliklər təşkil olunub. İtaliyanın paytaxtı Romada Kolizey meydanında insanlar möhtəşəm atəşfəşanlığıa şahidlik ediblər. «Sirko massimo»-da isə əhali üçün konsert proqramı keçirilib. Parisdə isə yeni ilin gəlişi münasibəti ilə Yelisey bağlarında işıq proqramı təşkil olunub. İşıq şousu bura minlərlə insanın toplaşmasına səbəb olub. Şou fransanın mədəniyyətini əks etdirən filmin nümaişi ilə yekünlaşıb. Proqramda Fransanın himni müxtəlif mədəniyyətlərə aid olan musiqilər səsləndirilib. Hollandiyada da böyük bayram abu havası yaşanıb. Rotterdamda erasmus körpüsü üzərində minlərlə insanı bir araya gəlib. Burda da atəşfəşanlıq olub. ABŞ-ın Nyu-York şəhərində yeni il həmşəki kimi Tayms meydanında böyük təntənə ilə qarşılanıb. Meydana bir milyona yaxın insan toplaşıb. Bura yerli əhalidən başqa minlərlə turist gəlib. Bayram proqramı yerli vaxtla saat 18.00-də başlayıb. İraqın paytaxtı bağdadda da yeni ili şənlikləri keçirilib. Burda insanlar üçün konsertlər təşkil olunub. İnsanlar isə ilin sonuncu saatında havaya fişənglər ataraq 2015-ci ili yola salıblar.

13:00 / 01.01.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 5542
Bu ay: 348018
Ümumi: 13837634
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın