/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

İŞİD-ə qoşulmaq istəyənlər saxlanıldı

Şriftin ölçüsü:  11px13px15px17px

İŞİD-ə qoşulmaq istəyən 14 nəfər Türkiyədə saxlanılıb. Aralarında 5 uşaq da var . Bu arada suriyalı jurnalist Türkiyədə qətlə yetirilib. Qaziantepə vilayətində məskunlaşmış 37 yaşlı Naji Əl-Jerf küçədə gəzərkən odlu silahla başından vurulub. İddiaya görə qətli işid terror qruplşaması törədib.
Xəstəxanaya çatdırılan jurnalistin həyatını xilas etmək mümkün olmayıb. Məlumatda bildirilir ki, Naji Əl-Jerf Suriyada “Alhita” adlı jurnal buraxıb, orada həyatına təhlükə olduğu üçün Türkiyəyə qaçıb və burada fəaliyyətini davam etdirib. Onun İŞİD əleyhinə sənədli film çəkdiyi, bu səbəbdən terror təşkilatının onun barəsində ölüm hökmü verdiyi bildirilir. Hələlik qətli törədənin kimliyi məlum olmasa da, onun İŞİD-in sifarişi ilə öldürüldüyü deyilir. Qeyd edək ki, bu ilin oktyabrında İŞİD əleyhinə materiallar dərc edən “Əl-Vətən” qəzetinin jurnalistləri İbrahim Əbdülqadir və Firas Həmmadi Türkiyənin Şanlıurfa vilayətində başları kəsilərək öldürülüb. Bu qətlə görə məhsuliyyəti işid üzərinə götürüb. Türkiyənin Kilis şəhərində polis tərəfindən təşkil olunan əməliyyatda İŞİD-ə qoşulmaq üçün qeyri-qanuni yollarla Suriyaya getməyə cəhd edən 14 nəfər saxlanılıb. Saxlanılanladan 5-i uşaq olub. Terrorla mübarizə şöbəsindən verilən açıqlamada bildirilib ki, saxlanılan şübhəlilərdən 3 nəfəri məhkəmə qərarı ilə həbs olunub, 11 nəfər isə sərbəst buraxılıb. Türkiyə baş qərargahından verilən açıqlamada isə bildirilir ki, biri uşaq olmaqla 7 xarici vətəndaş həmin bölgədən Suriyaya İŞİD-ə qoşulmaq üçün getmək istəyərkən saxlanılıb. ABŞ-ın dəstəklədiyi YPG-nin liderliyini altındakı demokratik Suriya birlikləri strateji əhəmiyyətə malik tişrin su elektrik stansiyasını ələ keçiriblər. Fərat çayının qərbində yerləşən 7 kənd də demokratik Suriya birliyi tərəfindən zəbt olunub. Birliyin sözçüsü Talal Sello gərgin qarşıdurmalarda onlarla İŞİD döyüşçüsünün öldürüldüyünü bildirib. 2014-cü ildən bəri terror qruplaşmasının əlində olan strateji əhəmiyyətə malik stansiya Hələb şəhərinin elektrik enerjisinin mühüm hissəsini təmin edir.

13:00 / 28.12.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 8862
Bu ay: 315540
Ümumi: 13805156
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın