/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Qaçqınlığını subut edə bilməyənləri Almaniya höküməti deportasiya edir

Şriftin ölçüsü:  11px13px15px17px

Dünyada miqrantlarla bağlı böhran davam edir. Türkiyədə qeyri qanuni yollarla yunan adalarına getymək istəyən 100-dən çox miqrant saxlanılıb. Daha bir körpənin cəsədi sudan çıxarılıb. Almaniya hökuməti isə Balkan yarımadasından gələn miqrantların deportasiyasına başlayır. Türkiyənin Çanaqqala vilayətində 6 saat dənizdə qalan miqrantlar xilas olunub. İran və Əfqanıstandan olan 45 qaçqın dəniz yolu ilə yunanıstanın midilli adasına getmək istəyib. Qayığın mühərriki sıradan çıxdığından qaçqınlar dənizin ortasında təxminən 6 saat qalıb. Sahil Təhlükəsizlik Xidmətinin əməkdaşları hadisə yerinə gəlib və 45 nəfəri xilas edib. Miqrantlar deportasiya mərkəzlərinə göndərilib. Egey dənizi vasitəsi ilə yunan adalarına qaçmaq istəyən Suriya əsilli 21 miqrant isə İzmirdə saxlanılıb. Dənizdə qəzaya düşən miqrantları 2 təhlüksəzlik qayğı xilas edib. Onlar arasında 6 azyaşlı uşaq olub. Daha bir körpənin cəsədi isə sudan çıxarılıb. Digər bölgədə isə daha 132 miqrant saxlanılıb. Onlar qanunsuz olaraq dəniz vasitəsilə Avropa ölkələrinə getmək istəyiblər. Qaçqınların əksəriyyəti Suriya əsillidir. Sahil Təhlükəsizlik Xidmətinin əməkdaşlarının verdiyi məlumata görə, 12 Pakistan əsilli qaçqın isə rezin qayıqda saxlanılıb. Mühacirlər Çanaqqala vilayətindəki polis şöbəsinə aparılıb. Aparılan yoxlamalardan sonra miqrantlar deportasiya mərkəzlərinə göndərilib. Muğla vilayətində də 160 mühacir saxlanılıb. Qeyri-qanuni yollarla Yunanıstana keçmək istəyən qaçqınların əksəriyyəti Suriya və İraq əsillidir. Saxlanılan qaçqınlar, polis əməkdaşları tərəfindən rayon polis idarəsinə aparılıb. Liviyadan İtaliyaya dəniz yolu ilə getmək istəyən 100-ə yaxın miqrant batan qayıqdan xilas edilib. Onlardan ikisi dünyasını dəyişib. Bəzilərinin vəziyyəti isə ağırdır. Bu arada Almaniya hökuməti ölkəsindən qaçqın olduğunu sübut edə bilməyən miqrantların deportasiyasına başlayıb. Onların əksəriyyəti Albaniya, Kosova, Serbiya, Makedoniya Bosniya və Hersoqovinadandır. Deportasiya mərkəzinə 850 nəfər gətirilib. Bundan əvvəl höklumət 170 nəfəri artıq ölkələrinə deportasiya edib. Daha 463 nəfər isə könüllü olaraq ölkəni tərk edib. Bu zamana qədər Almaniya hökuməti 18 min 363 nəfəri öz ölkəsinə göndərib. İlin əvvəlindən Avropaya gələn miqrantların sayı 1 milyona çatıb, onlardan 500 mini Suriya qaçqınlarıdır. Bunu BMT-nin qaçqınların işləri üzrə ali komissarı Antoniu Qutyerreş bəyan edib. Onun sözlərinə görə, suriyalı qaçqınlar Yaxın Şərqdə yoxsulluqla üzləşirlər. BMT və Dünya Bankının hesablamalarına əsasən, Suriyadan olan qaçqınların əksəriyyəti İordaniya və Livanda yoxsulluq həddindən aşağı səviyyədə yaşayırlar. “Bir çox hallarda qaçqınlar işləmək hüququndan məhrum olunur, uşaqların yarısı məktəbə getmir”, deyə A.Qutyerreş bildirib. O, Suriyada tezliklə münaqişəyə son qoyulmasının vacibliyini vurğulayıb: “Qarşıdurma davam etdikcə onun fəsadları daha da ağır olacaq. Münaqişənin davamı Suriyanın sonu deməkdir”. Deyə BMT-nin qaçqınların işləri üzrə ali komissarı bildirib.

13:00 / 22.12.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 12
Bu gün: 13298
Bu ay: 422714
Ümumi: 13912330
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın