/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Türkiyə İsrail münasibətləri istiləşir

Şriftin ölçüsü:  11px13px15px17px

Türkiyə ilə İsrail rəsmiləri dövlətlərarası əlaqələrin normallaşmasına dair ilkin razılığa gəliblər. Razılaşma diplomatik münasibətlərin bərpasını və səfirlərin geri qaytarılmasını nəzərdə tutur. Sözügedən razılaşmanın İsveçrədə aparılan danışıqlar çərçivəsində əldə olunduğu bildirilir. Qeyd edək ki, bu münasibətlər 31 may 2010-cu il tarixdə qəzzaya yardım aparan “Mavi Mərmərə” gəmisi Aralıq dənizinin beynəlxalq sularında İsrail hərbçilərinin hücumuna məruz qalmasından sonra korlanıb. Həmin vaxt baş vermiş insidentdə 10 günahsız insan öldürülüb. Yeni razılaşmaya əsasən İsrail tərəfi “Mavi Mərmərə” gəmisində öldürülən bütün şəxslərin ailələrinə kompensasiya ödəyəcək. Bu məqsədlə Türkiyə tərəfinə 20 milyon dollar vəsait köçürüləcək.
Bunun müqabilində Türkiyə İsrailə qarşı beynəlxalq məhkəmələrə göndərdiyi müraciətlərdən imtina edəcək. Həmçinin, "Həmas" təşkilatının Türkiyədəki fəaliyyəti məhdudlaşdırılacaq. İsrailin Türkiyəyə təbii qaz ixracı məsələsi də diqqət mərkəzindədir.

09:00 / 18.12.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 1064
Bu ay: 307742
Ümumi: 13797358
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın