/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Gəmilər saxlanıldı

Şriftin ölçüsü:  11px13px15px17px

Rusiya və Türkiyə arasında qalmaqal böyüyür. Rusiya Türkiyənin Qara dənizdə üzən 8 gəmisini saxlayıb. Türkiyə tərəfi buna adekvat cavab verib. «Ankara ilə Moskva arasında münasibətlərin gərginləşməsində Türkiyə günahkardır». Bunu Rusiyanın xarici işlər nazirinin müavini Aleksey Meşkov, yerli televiziya kanalarından birinə verdiyi müsahibəsində deyib. O, Türkiyədən bir daha belə hallara yol verməyəcəyinə dair zəmanət istəyib. Türkiyənin Xarici İşlər Nazirliyi məsələyə dərhal reaksiya verib. Nazirliyin nümayəndəsi Tancu Bilgic keçirdiyi mətbuat konfransında Rusiyadan Türkiyə hava məkanını pozmayacağına dair zamanət tələb edib.
Ankara Rusiyanın «Su-24» təyyaəsinin vurulmasına görə tələb etdiyi təzminatı ödəməyəcək. Tancu Bilgic Moskvanı Türkiyədən gələn təhlükəni şişirtməkdə ittiham edib. Və bu cür təhlükənin olmadığını bildirib. Qeyd edib ki, Türkiyə Rusiya ilə münasibətlərin gərginləşməsini istəmir.
Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov iki ölkə arasında münasibətlərin nomallaşması üçün rəsmi Ankaranın Rusiyadan üzr istəməli olduğunu deyib. Bunadək Rusiya prezidenti Vladimir Putin eyni tələblə çıxış edib.
Bu arada Rusiya Qara dənizdə Türkiyənin 8 gəmisini saxlayıb. Buna cavab olaraq Türkiyə 27 rus gəmisinin limandan çıxışına qadağa qoyub. Tərəflər məsələni həll etmək üçün görüşməyə razılıq veriblər. Lakin görüşün keçiriləcəyi tarix və yeri məlum deyil.

19:00 / 16.12.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 25083
Bu ay: 493789
Ümumi: 13318087
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın