/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Almaniyada neo-nasizm təhlükəsi

Şriftin ölçüsü:  11px13px15px17px

Avropa cəmiyyətini təhdid edən problemlərdən biri də milliyətçilikdir. Buradakı ekstremist qruplaşmalar öz fəaliyyətlərində indi yeni metodlara əl atırlar. Sözügedən kontekstdə Şərqi Almaniyadakı neo-nasistlərin fəaliyyəti isə lap qabarıq şəkildə nəzərə çarpır. Almaniya birləşdikdən sonra ölkənin şərqindəki bir sıra qəsəbələr iqtisadi problemlər üzündən boşalmağa başladı. Bu isə ölkədə inkişaf etməkdə olan neo-nasist qruplaşmalar üçün yeni fəaliyyət imkanları yaratdı. Milliyyətçi ekstremist qruplaşmalar belə qəsəbələrdə boş qalmış evləri alaraq kommunalar yaratmağa başladılar. Almaniyanın şimal-şərqində yerləşən Jamel qəsəbəsi onlardan biridir. Burada yerləşən milliyətçi ekstremistlər sonuncu parlament seçkilərində 6 faiz səs toplayan milliyətçi demokrat partiyasını dəstəklədiklərini bildirirlər. Partiya nümayəndəsi Ştefan Köster isə iddia edir ki, bu kommunaların heç bir ziyanı yoxdur. Lakin, araşdırmalar göstərir ki, bu kommunalara yığışanlar heç də cənab Kösterin dediyi qədər saf niyyətli insanlar deyil. Belə ki, Jamel qəsəbəsində neo-nasist düşərgəsinin qurucularından biri və bu partiyanın nümayəndəsi Şven Krüger qanunsuz olaraq avtomatik və mexaniki silahların saxlanılmasına görə həbs edilib. Habelə 8-i türk olan 10 nəfərin ölümüylə nəticələnən və nasional sosialist Anderqraund təşkilatının üzərinə götürdüyü cinayətdə bu partiyanın əli olması ilə bağlı iddialar hələ də davam edir. Ümumiyyətlə, son dövrlərdə Almaniyada neonasist cinayətlərinə daha çox rast gəlinir. Belə ki, indiyə qədər ölkədə qatı sağçıların 17 min cinayəti qeydə alınıb ki, bunlardan da 842-si insan ölümüylə nəticələnib. Son dövrlərdə ölkəyə miqrant axını ilə əlaqədər bu cinayətlərin daha da artacağı narahatlıq doğurur. Neo-nasistlərin həmçinin Şərqi Avropada, Cənubi Afrika Respublikasında və Birləşmiş Ştatlarda yay düşərgələri təşkil etmələri məlumdur. Bu isə artıq neo-nasizmin qlobal miqyasalı təhlükə olduğuna sübutdur.

19:00 / 15.12.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 12732
Bu ay: 263928
Ümumi: 13753544
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın