/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Nazirlərin görüşü başa çatdı

Şriftin ölçüsü:  11px13px15px17px

Türkiyə və Rusiya arasında yaşanan gərginliyin aradan qaldırılması üçün ilk addımlar atılıb. Hər iki ölkənin xarici işlər nazirləri görüşərək məsələylə bağlı fikirlərini dilə gətiriblər. Tərəflər münasibətlərin gərginləşməməsinə tərəfdar olduqlarını açıqlayıb.
Rusiya xarici işlər naziri Sergey Lavrov “Su-24” təyyarəsi ilə bağlı insidentdən sonra Moskvanın Ankaraya qarşı tətbiq etdiyi sanksiyalardan danışarkən Rusiyanın hər iki dövlətin vətəndaşlarının problemlərlə üzləşməməsi üçün əlindən gələni edəcəyini bildirib. Sergey Lavrov bu sözləri ATƏT Xarici İşlər Nazirləri Şurasının Belqradda keçirilən toplantısının yekunlarına dair mətbuat konfransında səsləndirib.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalara cavab tədbirləri görməyi planlaşdırmadığını söyləyib. “Bu günə bizdə Rusiyaya qarşı cavab tədbirlərinin görülməsinə dair qərar yoxdur”, deyə Çavuşoğlu bildirib. Nazir Türkiyə və Rusiya arasında əlaqə kanallarının açıq saxlanılmasının vacib olduğunu qeyd edib. Çavuşoğlu bildirib ki, görüş iki ölkənin nazirinə yaraşan şəkildə başa çatıb.
Azərbaycanda səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu Belqardda keçirilən görüş barədə fikrini bildirib.
Türkiyənin baş naziri bildirib ki, Türkiyə sərhədlərinin pozulmasına yönəlmiş heç bir addıma imkan verilməyəcək.

13:00 / 04.12.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 15
Bu gün: 3727
Bu ay: 472433
Ümumi: 13296731
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın