/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Moskva və Ankara bir birini itiham edir

Şriftin ölçüsü:  11px13px15px17px

Rusiya prezidenti Vladimir Putin Federal Məclisdə cıxış edib. O, Rusiya hökümətinin türk xalqına qarşı olan hörmətindən və münasibətlərdən danışıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Rusiyanı İŞİD-lə əlbir olmaqda ittiham edib. Putin çıxışı zamanı terrorizmlə mübərizə və Türkiyə ilə münasibətlərdən danışıb. Prezident türk xalqını Rusiyanın dostu adlandırıb. Lakin o, bir daha qeyd edib ki təyyarəni vuranlar əməllərinə görə peşman olacaqlar. Putinin sözlərinə görə, rusiyalı əsgərlər Suriyada ilk növbədə Rusiya vətəndaşlarının təhlükəsizliyi üçün döyüşürlər. Suriyada Rusiyaya yer yoxdur. Bunu isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, Suriyanın vaxtı ilə Osmanlı İmperiyasının tərkibində olduğunu xatırladıb. Əlavə edib ki, Suriyada türkmənlərin yaşaması, Türkiyənin Suriya ilə bağlı fəal siyasət yürütməsinin əsasını təşkil edir. O, Rusiyanın İŞİD-dən neft aldığı barədə faktların olduğunu da bildirib. Rusiya ilə Türkiyə arasında davam edən soyuqluğa Almaniyanın keçmiş kansleri Gerhard Şröder son qoya bilər. Belə ki, Şröder hər iki ölkə başcısı ilə yaxın dost olduğunu və onların arasında vasitəcilik etməyə hazır olduğunu deyib.

19:00 / 03.12.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 351
Bu ay: 362082
Ümumi: 13186380
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın