/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Fransada antitürk dinləmələri

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün Fransa parlamentində qondarma erməni soyqırımının inkarının cinayət hesab edilməsi ilə bağlı növbəti müzakirələr keçirilib. Qeyd edək ki, Milli Assambleyada bu təklif ətrafında dinləmələr ilk dəfə aparılmır. Hələ 2011-ci ildə Milli Assambleyanın parlamentarisi Valeri Buayenin təklifi ilə bu qanun müzakirəyə çıxarılmış və hətta qəbul da edilmişdi. Lakin, o vaxt Fransanın Konstitusiya Məhkəməsi qanun layihəsini insan hüquqlarına zidd sayaraq, təsdiqləmədi. Maraqlıdır ki, qanun layihəsinin müzakirəsi ilə bağlı təklif yenə də ifrat ermənipərəst parlamentari Valeri Buayedən gəlib. Ekspert Alev Kılıç hesab edir ki, belə bir təklifin yenidən gündəmə gətirilməsini son zamanlar Türkiyə-Rusiya münasibətlərindəki gərginliklə əlaqələndirmək olar. Nəzərə alsaq ki, Ollandın yaratmağa çalışdığı anti-İŞİD koalisiyasının əsas dəstəkçisi məhz rəsmi Moskvadır, onda bunun Ankaraya qarşı tətbiq edilən növbəti təzyiq vasitəsi kimi qiymatləndirmək olar. Əlbəttə ki, burada Fransadakı erməni diasporunun fəaliyyətini və bu dövlətin əvvəllər də qondarma soyqırımın tanınması yönündəki canfəşanlığını da diqqətdən qaçırılmamalıdır. Fransa Milli Assambleyası rəsmi bir qərar qəbul etmədən hələ ki, nəsə demək tezdir. Amma onu vurğulamaq yerinə düşər ki, beynəlxalq hüquq Türkiyənin tərəfindədir və İsveçrə təcrübəsi göstərdi ki, qəbul ediləcək qərarın heç bir hüquqi qüvvəsi və əhəmiyyəti olmayacaq.

19:00 / 03.12.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 13526
Bu ay: 422942
Ümumi: 13912558
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın