/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Rusiyadakı türk fabriki maskalı şəxslərin hücumuna məruz qalıb

Şriftin ölçüsü:  11px13px15px17px

Türkiyənin Rusiyanın Rostov şəhərindəki fabriki maskalı şəxslərin hücumuna məruz qalıb. Dövlət təhlükəsizlik xidmətinin əməkdaşı olduqlarını bildirən şəxslər fabrikə aid kompüterlərin hard disklərini sökərək özləri ilə aparıblar.
Hadisə barədə məlumat verən fabrikin yerli direktoru Svetlana Zimina fabrikin onsuzda tez-tez yoxlanıldığını, amma bu dəfə baş verənlərin yoxlamadan çox silahlı hücuma bənzədiyini deyib.
Fabrikin idarə heyətində 9 Türkiyə vətəndaşı olduğunu deyən Zimina onların bütün sənədlərinin qaydasında olduğunu qeyd edib. Fabrikin idarə heyətində Türkiyə vətəndaşı olan 9 nəfər çalışır. Onların bütün sənədləri qaydasındadır və fəaliyyət göstərmək üçün icazələri var. Buna baxmayaraq, bizə çatdırılan məlumata görə, onları deportasiya ediləcəklər. Nəyə görə, heç kim bilmir.” Deyə Zimina əlavə edib. Rostov şəhərindəki xalça fabriki 450 Rusiya vətəndaşını işlə təmin edib. Faktla bağlı fabrikin Türkiyə ofisi hər hansı bir açıqlama verməyib.
Türk iş adamlarına qarşı atılan sərt addımlar ilk hal deyil. “Su 24” qırıcısının vurulmasının ardından Rusiya ölkəsində yaşayan türk iş adamlarına qarşı sərt qaydalar tətbiq edir onları həbs edir. Baş verən ümumi hadisələrə Türkiyənin baş naziri Əhməd Davutoğlu da münasibət bildirib. Davudoğlu həmçinin Rusiyanı gərginliyin azaltmağa və bütün problemləri masa arxasında müzakirə etməyə çağırıb.

09:00 / 03.12.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 14752
Bu ay: 352262
Ümumi: 13176560
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın