/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Köhnə qanun layihəsi yenidən gündəmə gətirilir

Şriftin ölçüsü:  11px13px15px17px

Fransadan Türkiyəyə gözlənilməz zərbə. Senat qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini yenidən səsverməyə çıxarmağa hazırlaşır.
Anamüxalifət Respublika partiyasının marseldən olan deputatı Valeri Buayenin hazırladığı qanun layihəsi partiyanın qrup məclisi tərəfindən bəyənilib. Qanun layihəsi Senata təqdim olunub. Layihə, XX əsrdə baş vermiş soyqırımları və bəşəriyyətə qarşı işlənən cinayətləri inkar edənlərin cəzalandırılmasını nəzərdə tutur. Noyabrın 25-də Senatın Ədalət Komitəsində müzakirə olunan layihə sabah səsverməyə çıxarılacaq. Bu barədə danışan Buaye 2011-ci ildə hazırladığı layihənin, söz azadlığına zidd olduğu irəli sürülərək Konstitusiya Məhkəməsi tərəfindən ləğv olunduğunu xatırtladıb. Millət vəkili bu dəfə hazırladığı layihənin söz azadlığından sui-istifadə kimi yox, bəşəriyyətə qarşı işlənmiş cinayət kimi qəbul olunmasını tələb etdiyini bildirib. Valeri Buaye, layihənin qəbul olunmasından sonra “İnkar cinayətini” işləyənlərin “İnsan ləyaqətini alçaltdığı” üçün mühakimə olunacağını qeyd edib.
Layihəni prezident Fransua Ollanda və Senatın sədrinə göndərdiyini bildirən Buaye, qanunun qəbul ediləcəyi təqdirdə layihənin Konstitusiya Məhkəməsi tərəfindən ləğv olunması ehtimalının sıfıra enəcəyini bildirib. Valeri Buaye layihəni Senatdakı bütün fraksiyalara göndərdiyini, hakim sosialist partiyasının bu qanuna dəstək verən üzvələri olduğunu deyib. Sabah Fransa vaxtı ilə saat 10.30-da Senatda müzakirəsinə başlanacaq qanun layihəsi barədə təkliflər səsləndirildikdən sonra sənəd səsverməyə çıxarılacaq.
Xatırladaq ki, qanun layihəsi 2011-ci ildə də Valeri Buayenin təşəbbüsü ilə Senatda qəbul olunmuşdu. Sarkozinin prezidentliyi dövründə qanun layihəsi Türkiyə ilə Fransa münasibətlərində ciddi gərginlik yaratmışdı. Rəsmi Ankara həmin vaxt Fransaya nota verərək Parisdəki səfirini geri çağırmışdı. Fransa Senat tərəfindən qəbul edilən qanun daha sonra söz azadlığına zid olduğu üçün konstitusiya məhkəməsi tərəfindən ləğv olunmuşdu.

09:00 / 02.12.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 16998
Bu ay: 306983
Ümumi: 14441344
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın