/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Rusiya Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqinə başladı

Şriftin ölçüsü:  11px13px15px17px

Rusiya bu gündən Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqinə başlayıb. Qadağa və məhdudiyyətlər «Türkiyəyə maksimum ziyan, Rusiya iqtisadi maraqlarına isə minimum təsir» nöqteyi- nəzərindən qəbul edilib. Rusiyadan Türkiyəyə turpaketlərin satışı dayandırıldı. Yəni bu o deməkdir ki, rusiyadan Türkiyəyə kütləvi turist axını yasaq edildi. Türkiyə kurortlarından ilin sonuna kimi Rusiya vətəndaşları qayıtdıqdan sonra iki ölkə arasında çarter reysləri də yasaq ediləcək. Türkiyə Misirdən sonra rus turistinin dincəldiyi ikinci ölkə idi. 2014-cü ildə qardaş ölkədə 3 milyona yaxın rus turist olub ki, onun 70 faizinin səfərini turizm agentlikləri təşkil edib. Orta hesabla hər turist turpaketə 700 dollar xərcləyib. Hesablamalara görə, sanksiyalar nəticəsində 2016-cı ildə Rusiyanın turizm biznesi 1 milyard rubla yaxın gəlirindən məhrum olacaq. Bəs, Türkiyə bu qadağadan nə itirəcək? Bu suala Türkiyə KİV-lərindən birinin Rusiyadakı müxbiri, bu günlərdə Rusiyanın tok-şoularında türkiyəlı ekspert kimi çıxış edən həmyerlimiz, Fuad Abbasov cavab verdi. Müsahibimiz hesab edir ki, Türkiyənin itkilərinin miqyasını böyütməyə dəyməz. Çünki son illər rus turistlər Türkiyəyə gedən ümumi əcnəbilərin onsuz da 7-10 faizini təşkil edirdi. Sanksiyalar həm də Türkiyədən meyvə-tərəvəz idxalına tətbiq ediləcək. Amma bir neçə həftədən sonra. Rusiya hökuməti bu sahədə Türkiyəni əvəz edəcək ölkəni tapan kimi bu qadağa qüvvəyə minəcək. Ümumi siyasət fonunda Rusiyanın baş sanitar həkiminin açıqlaması başa düşüləndir. Gürcüstan-Rusiya münasibətləri korlanan zaman Borjomi, Moldova-Rusiya qarşıdurmasında isə Moldova çaxırı da keyfiyətsiz elan edilmişdi. Amma türk malına münasibətdə hələlik tam qadağadan yox, güclü nəzarətdən söhbət gedir. Ekspertlərsə hesab edirlər ki, sanksiyalar ilk növbədə Rusiya əhalisinə zərər vuracaq. Rusiya Türkiyədən 1,1 milyardlıq ərzaq alır. Bu, Rusiyaya idxal edilən ərzaq mallarının təxminən 6 faizi deməkdir. Qadağa bır sıra çeşidlər üzrə qıtlıq yarada bilər. Söhbət zeytun, balıq, pomidor, və sitrus meyvələrindən gedir. İndi bu mallar başqa ölkədən gələcəksə qiymət artacaq. Sankisyalar avtomobil yükdaşımalarına da təsir edib. Dünənə qədər ildə Türkiyədən 8 min yük avtomobili Rusiya ərazisinə buraxalırdısa, indi hədd 2 mindir. Türkiyənin sənaye mallarının idxalına məhdudiyyət qoyulmasa da, bununla bağlı müvafiq təklif hazırlanır. Türk iş adamlarına məxsus tikinti şirkətləri isə yanvarın 1-dən etibarən Rusiya ərazisində fəaliyyət üçün xüsusi icazə almalı və yeni müqavilələr imzalamalıdırlar. Rusiya Türkiiyə ilə müştərək humanitar layihələrinə də sanksiya tətbiq edir. Bu gündən moskvadakı əcnəbi ədəbiyyat kitabxanasının nəzdindəki rus türk elmi mərkəzi də qapandı. Yanvardansa Türkiyə ilə Rusiya arasında vizasız rejim aradan qaldırılır. Hökümət yasaqlar siyahısının genişlənəcəyini istisna etmir. Bütün bu yasaqların fonunda Türkiyə Rusiyaya qarşı heç bir sanksiya tətbiq etməyib. Sadəcə Türkiyənin baş naziri ölkə vətəndaşlarına bu ölkəyə vacib səbəb olmadan getməməyi məsləhət bilib.

19:00 / 01.12.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 4271
Bu ay: 472977
Ümumi: 13297275
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın