/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Polis insanlara aksiya keçirməyə imkan vermədi

Şriftin ölçüsü:  11px13px15px17px

Parisdə keçiriləcək BMT sammiti ərəfəsində dünyanın müxtəlif yerlərində iqlim dəyişikliyinin qarşısını almaq tələbi ilə yürüşlər keçirilir. Bu tələblə 2000-dən çox aksiyanın keçirildiyi bildirilir. Avstraliyanın sidney şəhərində on minlərlə insan etiraz aksiyası keçirib. Fransa paytaxtında fəallar “İnsan zənciri” yaradıblar.
Fəallar dünyada istiliyin artamsına qarşı tədbirlərin görülməsini tələb edirlər. Parisdə yaradılmış “İnsan zənciri” baş vermiş hücumlar nəticəsində 98 nəfərin həyatını itirdiyi Bataclan konsert zalının qarşısında qırılır. Etiraz olaraq Place De Republique-də yüzlərlə cüt ayaqqabı qoyulub. Onların arasında iqlim dəyişikliyinə qarşı çıxan Papa Francis-in verdiyi bir cüt ayaqqabı da var.
Fransa polisi Parisdəki terror aktından sonra nümayişlərin keçirilməsi qadağasını pozan aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib və 200-dən çox adam saxlanılıb.
Bundan başqa Madrid və Berlində də minlərlə insanın iştirakı ilə aksiyalar keçirilib. Londonun mərkəzində minlərlə insanın iştirakı ilə keçirilmiş yürüşdə müxalifət lideri Jeremy Corbyn izdiham önündə çıxış edib. San Paulo, Mexiko və Nyu-Yorkda da etiraz nümayişlərinin keçiriləcəyi gözlənilir. Fransa prezidenti Fransua Olland bildirib ki, razılığın əldə olunacağına ümid edir, lakin bu asan başa gəlməyəcək.

09:00 / 30.11.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 15
Bu gün: 14883
Bu ay: 266079
Ümumi: 13755695
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın