/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Davudoğlunun bəyanatı Rusiyada birmənalı qarşılanmayıb

Şriftin ölçüsü:  11px13px15px17px

Türkiyə Rusiya qarşıdurması məsələsində Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi xatırlanır. Əhməd Davudoğlunun “Qarabağın azad olunmasını Türkiyə dövləti üçün prioritet olması” fikrinə Moskvadan türk-rus qarşıdurması kontekstində reaksiya gəlib. Rusiyalı general Leonid İvaşov emosionallıqla, ölkəsinin mövqeyini də təhrif edərək ikitərəfli münasibətlərimizə yaraşmayan fikirlər söyləyib. Rusiya Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq baş idarəsinin sabiq rəisi, general polkovnik Leonid İvaşov bu günə kimi bir dəfə də olsun Azərbacan əleyhinə çıxış etməyib. Amma Türkiyə-Rusiya münasibətləri ilə bağlı, Geosiyasi Problemlər Akademyasının prezidenti Qarabağ mövzusuna toxundu. O, Əhməd Davudoğlunun Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatına münasibət bildirdi. Və bununla da Rusiya Azərbayan əlaqələrinə yaraşmayan, rəsmi Moskvanın mövqeyini təhrif edən çıxışıyla yadda qaldı. Düzdür, general polkovnik Leonid İvaşov Rusiya rəsmisi deyil, amma sabiq generallar da olmur. Belə emosional çıxış əslində Rusiyanın mövqeyinə və Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli orbitr imicinə cəmiyyətdə olan şübhənin inkişafına səbəb olar. Lider tv olaraq generalı məsələyə hisslərə qapanararaq davranmamağa, məsuliyyətlə yanaşmağı çağırdıq. Əslində İvaşovun fikrini Rusiya siyasi elitasında bölüşənlər üstünlük təşkil edir. Amma Qarabağ münaqişəsini “Türkiyə - Azərbaycan” “Rusiya - Azərbaycan” ittifaqında təqdim etmək ilk növbədə Rusiyaya arxadan vurulan zərbədir. Azərbaycanda Ermənistandan fərqli olaraq Rusiya bayraqları yandırılmayıb və Azərbaycan iki mizdə oturan dövlət deyil. Əksinə hətta indiki mürəkkəb vəziyyətdə öz milli maraqlarından çıxış edən və öz ordusuna arxalanan dövlətdir. Və görünən odur ki, yeltsin Rusiyasının düşüncə tərziylə çıxış edən rus generalları bu gerçəkliyi həzm edə bilmirlər.

Anar Həsənov

19:00 / 27.11.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 14744
Bu ay: 352254
Ümumi: 13176552
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın