/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Belçika Mərakeşdən yardım istədi

Şriftin ölçüsü:  11px13px15px17px

Belçika kralı Filip terrorla mübarizədə Mərakeşdən yardım istəyib. Ölkədə fövqəladə rejim isə hələ bir həftə davam edəcək. Belçika monarxı Mərakeş kralı Altıncı Məhəmməddən terrorçuların tapılması istiqamətində yardım istəyib. Qeyd edək ki, Mərakeş xüsusi xidmət orqanları Parisdə terror aktı törədənlərin izinə düşməkdə artıq Belçikaya yardım əlini uzadıb. Belə ki, şübhəli şəxslərdən biri - Abdelhəmid Abaud əslən mərakeşlidir. Belçikada isə təxminən 500 min etnik mərakeşli yaşayır. Belçikanın paytaxtı Brüsseldə isə terror təhlükəsi ilə əlaqədər fövqəladə rejimi daha bir həftə davam edəcək. Lakin çərşənbə günü metro və məktəblər işini bərpa edəcəklər. Belçika rəsmiləri ölkədə parisdə törədilən qətliama bənzər terror aktının hazırlındığı barədə məlumat alıblar və bununla əlaqədər terror həyacanı 3-dən 4-ə qaldırılıb. Bu barədə məlumatı ölkənin baş naziri Şarl Mişel verib. Ölkədəki bütün kafe və restoranlara isə qaranlıq düşməmiş bağlanmaları tövsiyyə edilib. Şəhərin küçələri silahlı polis və hərbçilər tərəfindən nəzarətə götürülüb. Ticarət, əyləncə mərkəzləri, kinoteartlar, muzey və konsert zalları hələ bir həftə də bağlı olacaq. Yerli kütləvi informasiya vasitələrinin yaydığı məlumata əsasən, təxminən 945 Belçika vətandaşı İŞİD-lə əlaqədə şüphəli bilinir. Bu siyahıda artıq Suriyaya, döyüşlərdə iştirak etmək üçün gedən, həm də ölkədə qalan belçikalıların adı qeyd edilib. Parisdə isə təhlükəsizlik tətbirləri gücləndirilir. Fransa, Belçika, Niderland və Almaniyadan keçən sürət qatarlarına sərnişinləri yoxlamaq üçün xüsusi qurğular quraşdırılacaq.

19:00 / 24.11.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 8588
Bu ay: 315266
Ümumi: 13804882
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın