/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Belçikada həbslər davam edir

Şriftin ölçüsü:  11px13px15px17px

Belçika polisi Parisdəki terror aktı ilə əlaqədar daha 5 şübhəlini saxlayıb. Həyata keçirilən axtarış tədbirləri zamanı terrorçulara məxsus 26 min avro aşkarlanıb. «Parisdəki terror aktının təşkilində şübhəli kimi axtarışda olan Salah Abdeslamın Belçikada çoxlu tərəfdarı var». Bunu ölkənin daxili işlər naziri Yan Yambon deyib. Nazirin sözlərinə görə, hazırda Belçika və qonşu ölkələrin xüsusi xidmət orqanları Abdeslamin axtarışını davam etdirr. Yambon terrorçunun Almaniyada gizlənməsi barədə informasiyanı şərh etməkdən imtina edib. Paytaxtın Brüsselin mərkəzində yerləşən xəstəxanaya giriş isə bağlanıb. Buna səbəb, binanın yaxınlığında şübhəli əşyanın aşkar olunmasıdır. Əməliyyatı səbəbindən xəstəxana personalı və ziyarətçilər binadan çıxa bilmir. Paytaxtda fövqəladə vəziyyət rejimi də qüvvədədir. Bir neçə silahlı şəxsin müxtəlif ünvanlarda hücum təşkil edəcəyi barədə məlumatlar var. Xəbəri baş nazir Şarl Mişel də təsdiqləyib. O, Brüssel sakinlərini izdihamlı yerlərdən uzaq durmağa çağırıb. Metro, ticarət mərkəzləri və kinoteatrlar bağlanıb. Kafe və restoranlar axşam saat 6-dan sonra fəaliyyətini dayandırır.

19:00 / 23.11.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 8592
Bu ay: 315270
Ümumi: 13804886
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın