/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Suriyadakı türkmanlar təhlükədədir

Şriftin ölçüsü:  11px13px15px17px

Suriyada yaşayan türkmanlarin mövcudluğu təhlükə altındadır. Türkman kəndlərinə havadan və qurudan endirilən zərbələr səbəbindən dinc əhali arasında tələfat var. Sakinlər bölgəni tərk etmək barədə düşünür. Rusiya hərbi hava qüvvələrinin dəstəklədiyi Suriya ordusu strateji cəhətdən əhəmiyyətli ərazilərdə yerləşən türkman kəndlərini atəşə tutmaqda davam edir. Bu səbəbdən minlərlə türkman Türkiyə sərhədinə yaxın təhlükəsiz yerlərə axin etməyə başlayib. Meşə massivində çadir quran əhali ağir şəraitdə, yaşamaq uğrunda mübarizə aparir. Ailələrini təhlükəsiz bölgələrə aparan kişilər isə döyüşmək üçün geri qayıdırlar. Suriyada Əsəd qüvvələri ilə türkman birlikləri arasında döyüşlər iki strateji istiqamətdə - Qızıldağ və Burc Əl Kasab çevrəsində davam edir. Suriya ordusu isə ölkənin qərbindəki Mxin şəhərini terrorçulardan azad edib. Yaşayış məntəqəsi uğrunda döyüşlər 20 gün çəkib. Hazırda ordu bütün istiqamətlərdə hücumu davam etdirir. Bu arada fransanın «Şarl De Qoll» aviadaşıyıcısı ekstremistlərin mövqelərinə zərbələr endirmək üçün Suriya sahillərinə çatıb.

19:00 / 23.11.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 28
Bu gün: 13232
Bu ay: 264428
Ümumi: 13754044
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın