/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Əsəd ABŞ-a qıcıq verir

Şriftin ölçüsü:  11px13px15px17px

Suriya prezidenti Bəşər Əsəd rəsmi Vaşinqtonu hiddətləndirəcək açıqlama ilə çıxış edib. Rusiyanın baş naziri Dmitri Medvedev isə Barak Obamanın Rusiyanın Suriya münaqişəsindəki roluna dair şərhinə isə münasibət bildirib.
Bəşər Əsəd Rusiyanın 2 ay ərzində İŞİD-lə mübarizədə əldə etdiyi uğurların ABŞ-ın 1 ildə əldə etdiyi uğurlardan çox olduğunu deyib. Bəşər Əsəd həmçinin Suriya ordusunun bütün cəbhələrdə İŞİD-ə qarşı hücuma keçdiyni deyib. Bir ildən artıqdır ki, ABŞ rəhbərliyi altında fəaliyyət göstərən koalisiya qüvvələri Suriyada İŞİD terror qruplaşmasına qarşı hava hücumları həyata keçirir.
Sentyabrın 29-dan bəri isə Rusiya hərbi hava qüvvələr Suriyada İŞİD hədəflərinə aviazərbələr endirir. Verdiyi bəyanatda İŞİD-i döyüş meydanında məğlub edcəklərini deyən ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putini Suriyada Əsədə müxalifət olan qüvvələri yox İŞİD hədəflərini vurmağa səsləyib.
Rusiyanın baş naziri Dmitri Medvedev isə bildirib ki, terrorçularla mübarizədə müttəfiqlər arasında ayrıseçkilik etmək olmaz. Bu barədə o, ABŞ prezidentinin Rusiyanın Suriya münaqişəsindəki roluna dair şərhini qiymətləndirərkən bildirib. "Vaxtilə ABŞ "Əl-Qaidə"-nin möhkəmlənməsinə imkan yaratdı ki, bu da 11 sentyabr faciəsinin baş verməsinə gətirib çıxardı. Bu dərslər bir fikri təsdiqləyir. Terror təhlükəsi ilə yalnız əlbir olaraq mübarizə aparmaq mümkündür, müttəfiqləri bu mübarizədə doğmaya-yada ayırmaq yolverilməzdir", - deyə o bildirib.

09:00 / 23.11.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 14462
Bu ay: 265658
Ümumi: 13755274
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın