/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Terrorçular otelə hücum edib

Şriftin ölçüsü:  11px13px15px17px

Malinin paytaxtı Bomakoda terrorçular «Redison hotel»-ə hücüm ediblər. Mehmanxanada olan 170 nəfər girov götürülüb. Xüsusi təyinatlı dəstənin apardığı əməliyyat nəticəsində qirovlardan 80 – i azad edilib. Əməliyyat davam edir. Hələlik terrorçuların kimliyi məlum deyil. Onların təxminən 10 nəfər olduğu bildirilir. Hücüm nəticəsində qirovlardan 3-ü həyatını itirib. Onlardan birinin Fransa, ikisinin isə Mali vətəndaşı olduğu bildirilir. Yerli KİV – in məlumatına görə, oteldə 40-a yaxın yaralı var. Şahidlərin sözlərinə görə, hücum edənlər «Allahu əkbər» qışqıraraq, otelə daxil olublar və atəş açmağa başlayıblar. Girovların azad edilməsi üzrə əməliyyat Mali xüsusi təyinatlıları, BMT və Fransa hərbçiləri tərəfindən aparılır. Qeyd edək ki, «Redison hotel Bomako» 5 ulduzludur. Və burda tez-tez diplomatlar və yüksək vəzifəli şəxslər qalır. Girovların çoxunun beynəlxalq təşkilatların əməkdaşları olduğu təxmin edilir. Oteldə olan 5 türk vətəndaşı yaraqlıların əlindən qaça biliblər. Onların Türkiyə hava yolları şirkətinin əməkdaşları olduğu bildirilir. Terrorçuların əlində hindistan, çin, Fransa və Türkiyə vətəndaşlarının qaldığı təxmin edilir. Çadda səfərdə olan Mali prezidenti İbrahim Bubakar Keyta səfərini dayandıraraq, ölkəsinə qayıdıb.

19:00 / 20.11.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 8713
Bu ay: 315391
Ümumi: 13805007
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın