/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Əsəd seçkilərdə iştirak etməyə bilər

Şriftin ölçüsü:  11px13px15px17px

“Suriyada sülh, Bəşər Əsəd hakimiyyətdən getdikdən sonra mümkün olacaq”. Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama belə açıqlama ilə çıxış edib. Bəşər Əsəd isə münaqişənin nizamlanması yolunda əsas maneə terrorçuları görür. Bu barədə o, İtaliya televiziyasına müsahibəsi zamanı danışıb. Suriyada hökumətlə müxalifət 15 günlük atəşkəs barədə razılığa gəliblər. Məlumatı Suriya insan hüquqları müşahidə şurası yayıb. Bu barədə qərar, tərəflərin Şərqi Quta vilayətində keçirilən görüşündə qəbul edilib. Atəşkəs rejimi bu gündən qüvvəyə minir. Razılaşmanın şərtlərinə əməl ediləcyi təqdirdə, bu müddət uzadılacaq. Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Suriyada sülhün əldə olunmasının yeganə yolu kimi Bəşər Əsədin hakimiyyətdən getməsini görür. Obamanın sözlərinə görə, İran və Rusiya indi seçim qarşısındadırlar. Onlar ya Bəşər Əsədi dəstəkləməli, ya da Suriyada yeni legitim hakimiyyətin qurulmasına nail olmalıdırlar. Obamanın fikrincə, 2-ci variant Suriyanın yeganə xilas yoludur. Bu arada Suriyadakı böhranla bağlı Vyanada keçirilən son Görüşdə Bəşər Əsədin prezident seçkilərində iştirak etməyəcəyinə dair razılıq əldə edilib. Bunu Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib. "Seçkilərdə bütün suriyalıların iştirakını vacib sayırıq. Söylədiklərim sadəcə Suriya daxilində olanları aid deyil. Hazırda Türkiyə, Livan və İordaniyadakı düşərgələrdə yaşayan insaları da nəzərdə tuturam", - deyə Ərdoğan vurğulayıb. O, həmçinin, qeyd edib ki, Türkiyə və ABŞ-ın "İŞİD" terror qruplaşmasına qarşı birgə əməliyyat planı da qüvvədədir.

19:00 / 19.11.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 14
Bu gün: 16839
Bu ay: 284880
Ümumi: 13774496
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın