/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Terrora qarşı birgə mübarizə zərurəti

Şriftin ölçüsü:  11px13px15px17px

Parisdə baş vermiş terror aktları bütün dünyanın diqqətini cəlb edib. Amma hər gün yaxın şərqdə daha çox mülki əhali öldürülür. Avropalılar üçün göz yaşı axıdanların isə səsi çıxmır. Fransada törədilmiş terror aktları bütün dünyanın bu bəlaya qarşı birləşməsi zərurətini ortaya qoydu. Halbuki, bu zərurət çoxdan yaranıb. Amma nədənsə özünü insan hüquqlarının təəssübkeşi kimi göstərən dövlətlərin və təşkilatların səsi çıxmayıb. Siyasi ekspertlər bildirirlər ki, parisdəki hadisə baş verməsəydi, terrorizmə qarşı indiki qədər reaksiyalar olmayacaqdı. İndiyə qədər öz qoynunda erməni terrorizmini və Yaxın Şərqdəki silahlı dəstələri himayə edən qərb dövlətləri bu hadisədə həm də özünü günahkar görməlidir. Çünki vaxtilə müsəlman ölkələrində yaranan xaosu və özbaşınalığı demokratik inqilab kimi qələmə verən onlar idi. Orada yaşayan insanların həyatı isə onlar üçün əhəmiyyət kəsb etmirdi. Əhəmiyyətli olan başqa məqamlar idi. AMEA İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva deyir ki, vaxtilə qaçqın axını və terrorizm kimi problemlərlə mübarizə aparmış ölkəmiz bu sınaqlardan alnıaçıq çıxıb. Bu baxımdan Azərbaycanın təcrübəsi Qərb dövlətləri üçün yaxşı nümunə ola bilər.

19:00 / 19.11.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 12
Bu gün: 17138
Bu ay: 307123
Ümumi: 14441484
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın