/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Terror aktının təşkilatçısı məhv edilib

Şriftin ölçüsü:  11px13px15px17px

Parisdə törədilən terror aktlarının təşkilatçılarından birinin məhv edildiyi rəsmən təsdiqlənib. Baş nazir Manuel Vals isə yeni hücumların anonsunu verib. Parisdə törədilən terror aktlarından birinin kadrları yayılıb. Baş verənlər müşahidə kamerasına düşüb. Kadrlarda əks olunan silahlının Salah Abdeslam olduğu iddia edilir. “Deyli meyl” qəzetinin əldə etdiyi yazıda, silahlının kafeyə daxil olmadan atəş acmağa başladığı aydın görünür. Nəşrin verdiyi məlumata görə, həmin kafedə ölən olmayıb. Yalnız 2 nəfər yaralanıb. Lakin hücüm zamanı obyektin yaxınlığında olan beş nəfər dünyasını dəyişib. Bu arada terrorçulara qarşı Sen-Deni əməliyyatının nəticələri acıqlanıb. Məlumata görə, əməliyyat zamanı 8 nəfər həbs edilib, 2 nəfər zərərsizləşdirilib. Saxlanılanların kimliyi açıqlanmır. Lakin onların arasında Salah Abeslamın olmadığı qeyd olunur. Digər əsas şübhəli - Abdelhamid Əbaaud isə məhv edilib. Bu barədə xəbəri Fransanın baş prokuroru verib. Baş nazir Manuel Vals isə yeni hücümlar barədə xəbərdarlıq edib. Terrorçuların kimyəvi və ya bakterioloji silahdan istifadə edə biləcəklərini də istisna etməyib. Baş nazir həmçinin hüquq - mühafizə orqanlarını hər an hazır olmağa cağırıb. Bu gün həmçinin, terror aktları ilə əlaqədar elan edilən fövqəladə vəziyyətin 3 ay müddətinə uzadılması barədə qərarın verələcəyi də gözlənilir.

19:00 / 19.11.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 8638
Bu ay: 315316
Ümumi: 13804932
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın