/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Səudiyyə Ərəbistanında daşqın

Şriftin ölçüsü:  11px13px15px17px

Avstraliyada meşə yanğınları tüğyan edir. Ölənlər var. Səudiyyə Ərəbistanında isə daşqınlar tələfata yol açıb. İtgin düşənlərin axtarışı davam edir. Avstraliyanın Esperans şəhərinin yaxınlığında güclü meşə yanğınları nəticəsində dörd nəfər həyatını itirb. Polisin məlumatına əsasən, alov 300 min hektar ərazini əhatə edib. Yanğın ildırım düşməsi nəticəsində başlayıb. Yanğınsöndürənlər küləyin yanğını şərqə doğru yayacağını düşünürlər. Təhlükəsizlik məqsədilə əhali təxliyyə olunub, yollar bağlanıb. Səudiyyə Ərəbistanında daşqın azı 2 nəfərin həyatına son qoyub. Onlar su basmış küçəni keçən zaman elektrik xətti qırılaraq, yerə düşüb. Daha 2 uşaq itgin düşmüş sayılır. Hökumət Məkkə və Ciddə sakinlərinə mümkün qədər küçəyə çıxmamağı tövsiyyə edib. Şəhərlərdə güclü küləklə müşaiyyət olunan yağış səngimək bilmir. Məktəblər və dövlət müəssisələri fəaliyyətini dəyandırıb. Şiddətli külək və qar səbəbindən ABŞ - ın Denver şəhərinin hava limanında 100-ə yaxın təyyarə reysi təxirə salınıb. Ştatlararası yollarda nəqliyyatın hərəkəti iflic olub. 150-yə yaxın avtomobil əlverişsiz hava şəraiti səbəbindən yolda qalıb. Qar vıə külək həmçinin Arkanzas və Texas ştatlarında müşahidə olunur. Burada tıxaclar yaranıb. İctimai nəqliyyatın hərəkətındə də ləngimələr yaşanır. İnsanlar saatlarla dayanacaqda gözləməli olurlar. Sinoptiklər qarlı - boranlı hava şəraitinin hələ bir neçə gün davam edəcəyini proqnozlaşdırırlar.

13:00 / 18.11.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 23976
Bu ay: 433392
Ümumi: 13923008
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın